Son dəqiqə
Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq Vətəndaşın pensiya kapitalı varisinə veriləcək? – Deputat dəstəklədi Ermənilər Nəsimi Musayevi bıçaqlayan qadından “qəhrəman” düzəldirlər Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir – Prezident Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək – Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış edirlər Azərbaycanda vergi ödəyicilərinin sayı artıb
Reklam
Reklam

​“1000 manata qədər cərimələr olacaq, başqa yolu yoxdur”

Cəmiyyət

Dil qaydalarının pozulması ilə bağlı cərimələr tətbiq ediləcək.

Cagdas.az xəbər veririki bunu Audiovizual Şuranın sədri İsmət Səttarov Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda bildirib.

“Prezident AMEA-dakı çıxışında konkret məsələyə toxunmuşdu. Bu, xüsusilə dilimizdə, mediamızda əcnəbi sözlərin artıq dərəcədə istifadə oluması idi. Audivizual Şura bu istiqamətdə bir neçə praktiki addımlar atıb. Onlar barədə məlumatlar vermək istəyirəm. Bu günə qədər Şura televiziyalarda və radiolarda reklam çarxlarında əcnəbi sözlərdən istifadənin qarşısını demək olar ki, tam alıb. Çox nadir hallarda əcnəbi sözlərin reklam çarxında istifadə olunmasını müşahidə edə bilərsiniz. Bu addım ona görə atıldı ki, verilişlərdən fərqli olaraq reklam çarxlarını insanlar təkrar-təkrar görür.
Verilişlərə gəldikdə isə, vəziyyət qənaətbəxş deyil. Burada həm obyektiv, həm də subyektiv səbəblər var. Verilişlərin monitorinqi çox çətin məsələdir. Hər gün TV və radio məkanında təxminən 800 saata qədər məhsul efirə verilir. Prezidentin çıxışından sonra biz bu məsələni yenidən qaldırdıq. Biz bu sözləri tapşırıq kimi qəbul etmişik. Belə bir fikrə gəldik ki, süni intellektdən istifadə edək. Hazırda bir şirkətlə danışdıq, xüsusi bir soft hazırlandı. Hazırda test rejmində işləyir. 40-a yaxın ən çox istifadə olunan əcnəbi sözlərin siyahısını hazırladıq. Həmin softla noyabrın ilk 2 həftəsi ərzində TV-ləri monitorinq etdik. Aparıcılar tərəfindən haradasa 3 min dəfəyə yaxın sözlər istifadə olunmuşdu. Məsələn, “okay” sözü 104 dəfə işlənmişdi. Belə sözlər kifayət qədər çoxdur. Biz bu sözləri toplayaraq yanvar ayından kanallara məlumat kimi göndərəcəyik ki, məsələn, filan aparıcı filan verilişdə bu sözdən istifadə etdi. 3 aydan sonra Şura dil haqqında qanunundan irəli gələrək cərimələr tətbiq edəcək. Cərimə 500 manatdan 1000 manata qədərdir. Biz istəmərik ki, mediamızı cərimə edək, çünki maddi baxımdan vəziyyət çətindir. Lakin etməliyik, başqa çıxış yolu yoxdur” – Şura sədri bildirib.(oxu24.com)