Hörümçəklər adətən zərərsiz canlılar hesab olunsa da, evə daxil olduqda bir çox insanda narahatlıq yaradır. Məhz buna görə də bir çoxları “Hörümçək niyə evə gəlir?” sualının cavabını axtarır. Məlumdur ki, onların evə gəlməsinin bir neçə əsas səbəbi var.
Cagdas.az bildirir ki, hörümçəklərə ən çox zirzəmilərdə, tavanların künc hissələrində və divar boşluqlarında rast gəlinir. Bununla yanaşı, evin müxtəlif yerlərində də görünə bilərlər.
Evində hörümçək gördükdə bəziləri buna əhəmiyyət vermir. Digərləri isə təşvişə düşür və bu canlıların evə hansı səbəbdən gəldiyini öyrənməyə çalışır.
Bəs hörümçək evə niyə gəlir?
Hörümçəklər müxtəlif səbəblərə görə evə daxil ola bilər. Bu səbəblərdən bir neçəsi artıq məlumdur.
Evdə tarakan, qarışqa kimi digər həşəratların olması hörümçəkləri cəlb edə bilər. Çünki bu həşəratlar onların əsas qida mənbələri sırasında yer alır.
Soyuq havalarda hörümçəklər sığınacaq axtararaq evlərə üz tuta bilər. Bu zaman onlar açıq qalan qapı və ya pəncərələrdən içəri daxil olur.
Evlərin mütəmadi olaraq təmizlənməsi və havalandırılması həşəratların evə gəlmə ehtimalını azaldır. Bu da dolayısı ilə hörümçəklərin görünmə riskini aşağı salır. Ona görə də evin təmizliyinə və müntəzəm havalandırılmasına diqqət yetirmək tövsiyə olunur.
















