Yaponiyanın kosmik missiyasında problem yaşanıb: H3 raketi orbitə çıxa bilməyib
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) H3 raketinin buraxılışdan sonra daşıdığı peyki orbitə yerləşdirə bilmədiyini açıqlayıb.
Cagdas.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, “Michibiki No. 5” naviqasiya peykini daşıyan H3 raketi JAXA tərəfindən Kaqosima prefekturasında yerləşən Taneqasima Kosmik Mərkəzindən buraxılıb.
Buraxılışdan qısa müddət sonra raketin ikinci mərhələ mühərrikinin fəaliyyətini dayandırması səbəbindən H3 raketi peyki orbitə çıxara bilməyib və missiya uğursuzluqla başa çatıb.
H3 raketi
H3 raketi, 20 ildən artıq müddətdə Yaponiyanın kosmik tədqiqatlarında mühüm rol oynamış H2A raketinin varisi hesab olunur.
JAXA və “Mitsubishi Heavy Industries” (MHI) şirkəti tərəfindən hazırlanmış H3 raketinin ilk buraxılış sınağı 2023-cü ilin mart ayında uğursuzluqla nəticələnmişdi.
Həmin raket ikinci mərhələ mühərrikinin işə düşməməsi səbəbindən qalxışdan sonra nəzarətli şəkildə məhv edilmişdi.
Bununla belə, H3 raketinin 2-ci, 3-cü və 4-cü buraxılışları 2024-cü ildə uğurla həyata keçirilmişdi./Hürriyet.com.tr/
















