Ukraynanın Hərbi Kəşfiyyat İdarəsi (HUR) iddia edir ki, Rusiya Baltik ölkələrini işğal etməklə bağlı əvvəlcə 2030-cu il üçün nəzərdə tutulan planını üç il irəli çəkib.
Cagdas.az-ın məlumatına görə, HUR-un rəhbəri Kirill Budanov Ukraynanın LB.ua xəbər saytına verdiyi müsahibədə bildirib ki, Rusiya 2027-ci ildə Baltik ölkələrinə hücum etməyə və həmin əraziləri işğal etməyə hazır vəziyyətə gətirilir.
Onun sözlərinə görə, ilkin plan Rusiyanın 2030-cu ildə hərbi əməliyyatlara başlamağa hazır olması idi. Lakin planlara yenidən baxılıb və mümkün hücum tarixi 2027-ci ilə çəkilib. Budanov əlavə edib ki, Moskvanın əsas məqsədi Baltik ölkələrini işğal etməkdir.
















