• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
8.8° Weather Columbus
$
1.7
€
2.0019
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

AZAL qəzasının canlı şahidi: Hamımız ölə bilərdik, onlar özlərini qurban verdilər - FOTO

25 Dekabr, 25 / 19:08
A A

“Həmin hadisədə təyyarədəki hər kəs ölə bilərdi, amma insanları xilas etmək üçün özlərini qurban verdilər”.

Cagdas.az bildirir ki, bu sözləri Ölkə.Az-a açıqlamasında ötən il 25 dekabrda Bakı-Qroznı reysi ilə uçan AZAL təyyarəsinin sərnişini 21 yaşlı Ayxan (Ayhan) Bayramzadə deyib. O, 38 nəfərin həlak olduğu, 29 nəfərin yaralandığı qəza gününü belə xatırlayır:

“Qroznıya işləməyə gedirdim. Əmimgil orada yaşayır. Təyyarəyə ilk dəfə minirdim deyə çox həvəsli idim. Həmin gün mənim biletimi elə Hökumə xanım özü yoxlamışdı. Qəza anında kim fikirləşə bilərdi ki, oradan sağ çıxacaq?! Həmin hadisədə təyyarədəki hər kəs ölə bilərdi, amma insanları xilas etmək üçün qəhrəmanlarımız özlərini qurban verdilər”.

A.Bayramzadə deyir ki, qəzadan sonra xəstəxanda olarkən ailəsi ilə əlaqə yarada bilib:

“Qəzadan sonra bizi Qazaxıstanda xəstəxanaya apardılar. Həkimlərə birtəhər başa saldıq ki, kiməsə zəng etmək lazımdır. Bir xanım həkim yaxınlaşıb mənə telefonunu verdi, dedi ki, götür kimə istəsən, zəng elə. Açığı, nömrələr yadımda deyildi, yalnız instaqram hesabımın şifrəsini xatırlayırdım. Profilimə daxil olub əmimgilə yazdım ki, vatsapla atdığım bu nömrəyə yığın. Ondan sonra yığdılar. Onlara dedim ki, bu nömrəni evdəkilərə atın, zəng eləsinlər. Sonra da danışdıq.

Həmin gün təyyarədə tandığım heç kim yox idi, amma hadisədən sonra qəzada yaralanan bir neçə şəxslə – Samirlə, Zaminlə dostlaşdıq, günü bu gün də əlaqə saxlayırıq. Qəzadan sonra mayın 5-də Dağıstana uçmuşam. Öz pilotlarımıza necə lazımdır, güvənirəm. Hadisədən sonra qəza qurbanlarının məzarını ziyarət etmişik”, – deyə o əlavə edib.

Qeyd edək ki, qəza günü A.Bayramzadə Lənkəranın Lüvəsər kəndindəndir. Hadisə günü əvvəlcə Ayxanın bacısına onun ölüm xəbəri verilib, qəzadan sonra ərazidən çəkilən görüntüləri sayəsində Bayramzadələr ailəsi onun sağ olduğunu öyrənib.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları”nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin 25.12.24-cü il tarixində Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

İlkin araşdırma nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” HHM sistemi tərəfindən hücuma məruz qalıb.

HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau istiqamətini seçib.

Pilotların qəhrəmanlığı nəticəsində təyyarə Aktau şəhərinə qədər uçub, aeroporta 3 km qalmış təyyarə qəza enişi etməli olub.

Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

Qəzada kapitan İqor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva həlak olub. Digər iki bələdçi Zülfüqar Əsədov və Aydan Rəhimli sağ qalıb.

Billurə Yunus

Bənzər Xəbərlər

Gündəm

AZAL təyyarəsinin qəzası: Kənar müdaxilə və cavabsız qalan suallar

Dekabr 25, 2025
Gündəm

AZAL təyyarəsinin qəzasından bir il ötür

Dekabr 25, 2025
Gündəm

Prezidentin ad günündən ailə - FOTOSU

Dekabr 24, 2025
Gündəm

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə hökm OXUNDU

Dekabr 24, 2025
Gündəm

Cihangir İşbilir “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif edilib - FOTO

Dekabr 24, 2025
Gündəm

Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib

Dekabr 24, 2025

XƏBƏR LENTİ

İtaliyalı mafioz mənzildə ağlagəlməz yerdə gizlənibmiş

25 Dekabr, 25 / 23:59

Dünyanın ən bahalı futbol komandaları açıqlandı

25 Dekabr, 25 / 23:40

Göz xəstəliyinə xeyirli olacaq bitki

25 Dekabr, 25 / 23:39

Tuncelidə səmada görünən sirli işıq kameraya düşdü

25 Dekabr, 25 / 23:24

Səhərlər etdiyimiz bu 5 vərdiş ömrümüzü qısaldır

25 Dekabr, 25 / 23:19

2026-cı ildə Günəş və Ay tutulmalarının tarixləri açıqlanıb

25 Dekabr, 25 / 20:50

Mir Şahin müəllimə biskvit satırdım – Röya

25 Dekabr, 25 / 20:27

Türkiyəyə qarşı səssiz cəbhə: Qüds sammitinin gizli mesajları

25 Dekabr, 25 / 20:07

Hakim olmaq istəyənlərin nəzərinə!

25 Dekabr, 25 / 19:46

Bu il beynəlxalq olimpiadalarda medal qazanan məktəblilərin sayı açıqlandı - FOTO

25 Dekabr, 25 / 19:27
Cagdas.az

“Çağdaş” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i; 0701731092

Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə; 050-858-20-30

chagdas.az@gmail.com

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN-i; 0701731092
Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5
Əlaqə; 050-858-20-30
chagdas.az@gmail.com
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.