• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
-3.4° Weather Columbus
$
1.7
€
1.9983
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

“Mehdiyev işi” ətrafında müəmma – Pərdəarxasında nələr baş verir?

20 Fevral, 26 / 10:10
A A

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Ramiz Mehdiyev işi” ilə bağlı yaydığı son məlumatlar ictimai müzakirələri daha da gücləndirib. DTX-nin açıqladığı siyahının prosesin yekunu olmadığı, araşdırmaların davam etdiyi və yeni həbslərin ola biləcəyi ilə bağlı iddialar səsləndirilir. Bu fonda “Ramiz Mehdiyev işi”ndə adı hallanan sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin istintaqa cəlb olunub-olunmadığı da sual doğurur. Qeyd edək ki, bir müddət əvvəl onun Türkiyədən Azərbaycana deportasiya edildiyi barədə məlumat yayılıb.

DTX-nin “Ramiz Mehdiyev işi” ilə bağlı yaydığı son açıqlama hansı nəticələr doğuracaq? Yeni həbslər gözlənilir? Gültəkin Hacıbəyli istintaqa cəlb edildimi?

Cagdas.Az xəbər verir ki, globalinfo.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı deyib ki, Ramiz Mehdiyevlə bağlı iş cəmiyyətin gözlədiyi sürət və miqyasda davam etmir:

“Dörd aydan artıqdır ki, məsələ ilə bağlı müxtəlif məlumatlar yayılırdı, nəhayət, DTX rəsmi bir videoçarx təqdim etdi. Lakin açılan cinayət işlərinin və saxlanılan şəxslərin sayına baxdıqda, prosesin əhatə dairəsinin hələ ki məhdud olduğu görünür. Bu da cinayət işinin real əhatə dairəsi deyil. Bu baxımdan yeni həbslər qaçılmazdır. Dövlət çevrilişinə iddia edilən cəhdin hansı tarixdə baş verdiyi, kimlərin iştirak etdiyi və istintaqın konkret istiqamətləri barədə ictimaiyyətə dolğun məlumat verilməyib. Ona görə də mövcud şəraitdə qəti nəticə çıxarmaq çətindir. Son videogörüntülərdə həm 2013-cü il prezident seçkiləri dövründəki Milli Şura ilə bağlı məqamlar, həm də 2025-ci ilin avqust ayına aid Ramiz Mehdiyevin telefon danışıqları təqdim olunub. Hazırda bu yöndə xaotik bir vəziyyət yaşanır. Çünki fərqli dövrləri əhatə edən bu materiallar hadisələrin xronologiyası və mahiyyəti baxımından aydın mənzərə formalaşdırmır”.

Partiya sədri bildirib ki, Gültəkin Hacıbəylinin istintaqa cəlb olunması ilə bağlı iddialar dolaşırdı:

“Lakin ortaya konkret fakt qoyulmayıb. Bəli, onun deportasiyası ilə əlaqədar məsələ var idi və Türkiyə deport etdi. Hazırda o, öz ölkəsindədir. Ümumilikdə, baş verənlərlə bağlı əsas açıqlamaları istintaq orqanları və rəsmi qurumlar verməlidir. Hazırkı mərhələdə isə elan olunan hadisənin miqyasına uyğun addımların atılmadığı barədə ictimaiyyətdə narahatlıq müşahidə olunur”.

Bənzər Xəbərlər

Gündəm

Rusiya FSB: QRU-nın rəis müavininə sui-qəsd cəhdinin arxasında Britaniya izi aşkarlanıb

Fevral 22, 2026
Gündəm

Prezidentin mühafizəçiləri ilə bağlı yayılan videonun ətraflı təhlili

Fevral 22, 2026
Gündəm

Naxçıvanda korrupsiya bataqlığı: 5 milyonluq mənimsəmə və gizli əlaqələr!

Fevral 21, 2026
Gündəm

İlham Əliyevin kortejinə edilən hücumla bağlı ABŞ-dan daha bir açıqlama – Araşdırmanın nəticələri…

Fevral 21, 2026
Gündəm

Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşı alındı

Fevral 20, 2026
Gündəm

Polis valideynlərə çağırış etdi – VİDEO

Fevral 19, 2026

XƏBƏR LENTİ

Rusiya Estoniyanı açıq şəkildə təhdid etdi: "Nüvə silahımızın hədəfi olacaqsınız!"

22 Fevral, 26 / 20:53

Qlobal qalmaqal: Epşteynin Çinlə bağlı gizli danışıqları ortaya çıxdı

22 Fevral, 26 / 20:02

Trampın iqamətgahına qanunsuz girməyə cəhd edən kişi ÖLDÜRÜLDÜ

22 Fevral, 26 / 19:09

Londonun təhlükəli planı: Ukraynaya qoşun göndərilir - Moskva: “Bu, qəbuledilməzdir”

22 Fevral, 26 / 18:18

Rusiya FSB: QRU-nın rəis müavininə sui-qəsd cəhdinin arxasında Britaniya izi aşkarlanıb

22 Fevral, 26 / 17:30

Sabahın havası AÇIQLANDI

22 Fevral, 26 / 16:44

Diplomatik böhran! İraqın xəritəsi Küveytin suveren hüquqlarına meydan oxuyur

22 Fevral, 26 / 15:58

Yəməndə Böyük Husi Hərəkəti: Marib və Şimal Sərhədləri Hədəfdə

22 Fevral, 26 / 15:02

Ukraynada terror aktı: Lvov ardıcıl partlayışlarla sarsıldı

22 Fevral, 26 / 14:36

ŞOK: Pentagon pizza sifarişləri 120% artdı – ABŞ-İran gərginliyi pik həddə çatır!

22 Fevral, 26 / 14:00
Cagdas.az

“Çağdaş” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i; 0701731092

Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə; 050-858-20-30

chagdas.az@gmail.com

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU VÖEN-i; 0701731092 Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5 Əlaqə; 050-858-20-30 chagdas.az@gmail.com
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.