• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
-3.4° Weather Columbus
$
1.7
€
1.9983
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Əlilliyin qiymətləndirilməsində süni intellekt dövrü başlayır

21 Fevral, 26 / 18:19
A A

2026-cı ildən etibarən Azərbaycanda əlilliyin qiymətləndirilməsi prosesində süni intellekt texnologiyalarından istifadə olunacaq. Bu barədə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov açıqlama verib.

Məlumdur ki, əlillik məsələsi yalnız tibbi yox, eyni zamanda sosial, psixoloji və hüquqi aspektləri olan son dərəcə həssas bir sahədir. Bu sahədə verilən qərarlar insanın həyat keyfiyyətinə, sosial təminatına, əmək imkanlarına və cəmiyyətə inteqrasiyasına birbaşa təsir göstərir. Məhz buna görə də əlilliyin qiymətləndirilməsi prosesində şəffaflıq, obyektivlik və ədalət prinsipləri əsas meyar sayılır.

Süni intellektin bu prosesə inteqrasiyası bir tərəfdən insan faktorunun təsirini azaltmaq, subyektiv qərarların qarşısını almaq və bürokratik maneələri minimuma endirmək kimi üstünlüklər vəd edir. Digər tərəfdən isə suallar doğurur: Texnologiya insan taleyinə dair belə mühüm qərarlarda nə dərəcədə etibarlı ola bilər? Alqoritmlər fərdi vəziyyətləri, nadir xəstəlikləri və psixoloji faktorları yetərincə nəzərə ala biləcəkmi? Məlumatların təhlükəsizliyi necə qorunacaq?

Cəmiyyətdə mövzu ilə bağlı müxtəlif yanaşmalar formalaşıb. Bəzi vətəndaşlar hesab edir ki, rəqəmsallaşma korrupsiya risklərini azalda və prosesi sürətləndirə bilər. Digərləri isə süni intellektin həkim qərarını tam əvəz etməsinin mümkün olmadığını düşünür və insan faktorunun qalmasının vacibliyini vurğulayırlar.

Çağdaş.Az bildirir ki, mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a danışıb:

“Bəli, getdikcə rəqəmsallaşma həyatın demək olar ki, bütün sahələrini əhatə etməyə başlayır və xüsusən də süni intellektin artıq həyatımızın ayrılmaz tərkib hissəsinə çevriləcəyi günlər uzaqda deyil. Artıq müşahidə edirik ki, bir çox ölkələrdə hətta süni intellekt üzrə ayrıca dövlət qurumları, nazirliklər və agentliklər yaradılır. Bu isə onu göstərir ki, strateji məsələlərin idarə olunması, proqnozlaşdırılması və proqramlaşdırılması getdikcə daha çox süni intellekt alqoritmləri vasitəsilə həyata keçiriləcək. Yəni söhbət təkcə texnoloji yenilikdən deyil, idarəetmə fəlsəfəsinin dəyişməsindən gedir”.

Zülfüqar Yusifov qeyd edib ki, əlilliyin verilməsi üçün ekspertizaların təyin olunmasında süni intellektdən istifadə olunması da məntiqi yanaşmadır:

“Bildiyimiz kimi, müasir idarəetmə sistemlərində mümkün qədər insan faktorunun təsirinin azaldılmasına çalışılır ki, subyektivlik aradan qalxsın və xüsusilə emosional yanaşmalar minimuma ensin. Çünki ayrı-ayrı şəxslərin hadisələrə baxışı müxtəlif ola bilir; onların intellektual səviyyəsi, peşəkar hazırlığı, işə yanaşma tərzi və hətta həmin günkü psixoloji vəziyyəti qərarlara təsir göstərə bilər.

Bundan əlavə, insanların gündəlik həyatına təsir edən faktorlar olduqca çoxdur. Sosial, iqtisadi, ailəvi və psixoloji gərginliklər insanın əhvalına təsir edir, əhval dəyişdikdə isə verilən qərarlarda ani subyektiv fərqlər ortaya çıxa bilir. Bu cür dəyişkənlik isə başqa bir insanın taleyinə birbaşa təsir göstərən qərarlarda müsbət və ya mənfi ciddi nəticələr doğura bilər. Xüsusilə əlillik kimi həssas bir məsələdə qərarın obyektivliyi həyati əhəmiyyət daşıyır.
Bu baxımdan süni intellektdən istifadə, əlbəttə ki, faydalı ola bilər. Çünki düzgün qurulmuş sistem standart meyarlar əsasında işləyir, emosional dalğalanmalardan asılı olmur və məlumatları vahid çərçivədə təhlil edir”.

Zülfüqar Yusifov onu da vurğulayıb ki, burada əsas məsələ təhlükəsizlik və proqram təminatının keyfiyyətidir:

“Sistem nə qədər təkmil və düzgün proqramlaşdırılmış olarsa, nəticələrin də bir o qədər etibarlı olması mümkündür. Xüsusilə bu gün kiber təhlükəsizlik məsələləri son dərəcə yüksək səviyyədədir və bu sahə gündən-günə daha da təkmilləşir. Məlumatların qorunması, şəxsi tibbi informasiyanın məxfiliyi və sistemlərin xarici müdaxilələrdən müdafiəsi prioritet istiqamətlərdəndir. Əgər bu texniki və təhlükəsizlik məsələləri düzgün qurularsa, süni intellektin əlilliyin qiymətləndirilməsi kimi həssas sahədə tətbiqi həm şəffaflığı, həm də ədalətlilik prinsipini gücləndirə bilər.

Bundan əlavə, əlbəttə ki, proqramların son dərəcə mükəmməl hazırlanması vacib şərtdir. Proqram təminatı nə qədər dəqiq və sistemli qurularsa, qarşı tərəfi yəni müraciət edən şəxsin vəziyyətini bir o qədər düzgün anlamağa imkan yaradar. Müasir süni intellekt sistemləri təkcə tibbi göstəriciləri deyil, eyni zamanda emosional statusu, funksional məhdudiyyətləri və sosial faktorları da qiymətləndirmə potensialına malikdir. Bu isə qərarın daha obyektiv və hərtərəfli formalaşmasına şərait yarada bilər. Eyni zamanda belə proqramlar mövcud qanunvericilik bazasını, normativ-hüquqi aktları, təlimat və prosedurları özündə inteqrasiya olunmuş şəkildə əhatə edə bilir. Bu isə olduqca mühüm məqamdır. Çünki optimal qərarın qəbulu yalnız tibbi göstəricilərlə deyil, həm də hüquqi çərçivənin düzgün tətbiqi ilə mümkündür. Bildiyimiz kimi, insan faktoruna qayıtsaq, bütün əməkdaşların hüquqi aktlarla tanışlıq səviyyəsi eyni deyil. Bütün kadrlar eyni bilik, eyni hazırlıq və eyni peşəkar standartlara malik olmur. Bu fərqlilik isə qərarlarda qeyri-bərabərliyə səbəb ola bilər. Süni intellekt isə vahid və yüksək standart əsasında işləyərək bu fərqliliyi minimuma endirməyə imkan verir.

Bununla yanaşı, prosesin davamlı monitorinqi və sistemdə baş verə biləcək kənaraçıxmaların mütəmadi təhlili də xüsusi əhəmiyyət daşıyır. Hər bir rəqəmsal sistem daim təkmilləşdirilməlidir. Analitik qiymətləndirmələr, statistik təhlillər və performans göstəriciləri əsasında proqramın zəif tərəfləri müəyyən edilə və gələcəkdə daha da inkişaf etdirilə bilər. Bu isə sistemin zamanla daha dəqiq və etibarlı işləməsinə imkan yaradar. Böyük ehtimalla süni intellekt proqramları göstərdikləri xidmətlə bağlı geribildirim mexanizmlərini də özündə ehtiva edəcək. Bu sorğular vətəndaşa proses zamanı və ya qərardan sonra təqdim oluna bilər. Hətta uzunmüddətli nəticələrlə bağlı əlavə sorğuların keçirilməsi də mümkündür. Beləliklə, göstərilən xidmətin üstünlükləri və çatışmazlıqları, hansı məqamların daha da təkmilləşdirilməsinə ehtiyac olduğu müəyyənləşdirilə bilər. Bu dinamik geribildirim sistemi qərarların zaman keçdikcə daha da cilalanmasına və optimallaşdırılmasına şərait yaradar.

Hər halda, bu gün artıq süni intellektin bu cür proseslərə tətbiqi qaçılmaz görünür”.

Bənzər Xəbərlər

Cəmiyyət

Sabahın havası AÇIQLANDI

Fevral 22, 2026
Cəmiyyət

Faktiki hava açıqlanıb

Fevral 22, 2026
Cəmiyyət

Zakir Həsənov hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxladı

Fevral 21, 2026
Cəmiyyət

Məzuniyyətindən istifadə edə bilməyənlər əlavə PUL ALACAQ

Fevral 21, 2026
Cəmiyyət

Velosiped sürənlərə XƏBƏRDARLIQ – Bu halda 70 manat CƏRİMƏLƏNƏCƏKLƏR

Fevral 21, 2026
Cəmiyyət

Apreldən bu cihazların istifadəsi tam qadağan edilir — 30 manat cəriməsi var

Fevral 21, 2026

XƏBƏR LENTİ

Rusiya Estoniyanı açıq şəkildə təhdid etdi: "Nüvə silahımızın hədəfi olacaqsınız!"

22 Fevral, 26 / 20:53

Qlobal qalmaqal: Epşteynin Çinlə bağlı gizli danışıqları ortaya çıxdı

22 Fevral, 26 / 20:02

Trampın iqamətgahına qanunsuz girməyə cəhd edən kişi ÖLDÜRÜLDÜ

22 Fevral, 26 / 19:09

Londonun təhlükəli planı: Ukraynaya qoşun göndərilir - Moskva: “Bu, qəbuledilməzdir”

22 Fevral, 26 / 18:18

Rusiya FSB: QRU-nın rəis müavininə sui-qəsd cəhdinin arxasında Britaniya izi aşkarlanıb

22 Fevral, 26 / 17:30

Sabahın havası AÇIQLANDI

22 Fevral, 26 / 16:44

Diplomatik böhran! İraqın xəritəsi Küveytin suveren hüquqlarına meydan oxuyur

22 Fevral, 26 / 15:58

Yəməndə Böyük Husi Hərəkəti: Marib və Şimal Sərhədləri Hədəfdə

22 Fevral, 26 / 15:02

Ukraynada terror aktı: Lvov ardıcıl partlayışlarla sarsıldı

22 Fevral, 26 / 14:36

ŞOK: Pentagon pizza sifarişləri 120% artdı – ABŞ-İran gərginliyi pik həddə çatır!

22 Fevral, 26 / 14:00
Cagdas.az

“Çağdaş” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i; 0701731092

Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə; 050-858-20-30

chagdas.az@gmail.com

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU VÖEN-i; 0701731092 Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5 Əlaqə; 050-858-20-30 chagdas.az@gmail.com
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.