ABŞ Prezidenti Donald Trampın Florida ştatında yerləşən Mar-a-Lago malikanəsinə icazəsiz daxil olmağa çalışan şəxs Gizli Xidmət əməkdaşları tərəfindən vurularaq öldürülüb.
Çağdaş.Az bilidir ki, hadisə gecə saatlarında baş verib. Mühafizə altında olan malikanəyə girməyə cəhd edən 20 yaşlarında şübhəliyə qarşı Gizli Xidmət əməkdaşları atəş açıb. Bildirilir ki, yaralanan şəxs hadisə yerində həyatını itirib.
Gizli Xidmətin açıqlamasına görə, şübhəli şimal giriş qapısından keçməyə çalışıb və üzərində ov tüfənginə bənzər əşya, həmçinin yanacaq bidonu olub.
Məlumata görə, hadisə baş verən vaxt Donald Tramp paytaxt Vaşinqtonda olub. Şübhəlinin malikanəyə hansı məqsədlə daxil olmağa çalışdığı barədə isə hələlik rəsmi açıqlama verilməyib.
















