• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.7° Weather Columbus
$
1.7
€
1.9957
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Təqaüd alanlara VACİB XƏBƏR: Bu halda pensiya kapitalını birdəfəlik ala biləcəksiniz

22 Aprel, 26 / 19:29
A A

Azərbaycanda pensiya sistemi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Xüsusilə, vətəndaşların illərlə yığdıqları pensiya kapitalının bir hissəsini təqaüdə çıxarkən birdəfəlik şəkildə əldə etməsi ideyası cəmiyyətdə maraq doğurur. Bu yanaşma bir tərəfdən insanların öz vəsaitlərinə daha çevik çıxışını təmin edə bilsə də, digər tərəfdən mövcud sosial və vergi problemləri fonunda müəyyən risklər də yaradır.

Bəs, Azərbaycanda vətəndaş təqaüdə çıxarkən yığdığı pensiya kapitalının bir hissəsini birdəfəlik ala bilərmi?
Çağdaş.Az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, yığılmış pensiya kapitalının müəyyən hissəsinin vətəndaşlara birdəfəlik qaytarılması ideyası bir neçə dəfə gündəmə gətirilsə də, hətta Milli Məclisdə müzakirə olunsa da, bu günə qədər konkret qanun layihəsi qəbul edilməyib.

Onun sözlərinə görə, belə bir qanun qəbul edilsə belə, ödənişin hansı şərtlərlə və hansı mexanizmlə həyata keçiriləcəyi hələ də açıq sual olaraq qalır. Mövcud şəraitdə əsas problemlərdən biri əməkhaqqıların real məbləğdə rəsmiləşdirilməməsidir:
“Bu gün də vergidən yayınma halları qalmaqdadır. Məsələn, vətəndaş faktiki olaraq 1000–1200 manat əməkhaqqı aldığı halda, rəsmi sistemdə onun maaşı 400 manat göstərilir. Bu isə birbaşa onun pensiya kapitalının az formalaşmasına səbəb olur. Belə olan halda, əgər pensiya kapitalının bir hissəsi birdəfəlik ödənilərsə, vətəndaş faktiki gəlirinin daha yüksək olduğunu necə sübut edəcək?

Məsələ yalnız pensiya ilə məhdudlaşmır. Sosial yardım sistemində də oxşar problemlər mövcuddur. Rəsmi gəliri aşağı göstərilən bəzi şəxslər sosial yardımlardan yararlanır.
Əgər gələcəkdə pensiya kapitalının bir hissəsi birdəfəlik ödənilərsə, bu zaman əvvəllər əsassız şəkildə sosial yardım alan şəxslərin həmin vəsaitləri faizləri ilə birlikdə dövlət büdcəsinə qaytarması məsələsi də gündəmə gələcək.”

Günay Hüseynovanın fikrincə, belə bir mexanizmin tətbiqi üçün ilk növbədə sistemli və ciddi islahatlara ehtiyac var. O, bildirib ki, nəzarət mexanizmləri gücləndirilməli, əmək bazarında şəffaflıq təmin olunmalıdır:
“Yoxlama aparan məmur bilməlidir ki, məsələn, təcrübəli jurnalist 450 manat maaş almır. Bu kimi hallarda vergidən yayınma faktları aşkar edilməlidir. Əgər pensiya kapitalının bir hissəsinin birdəfəlik ödənməsi qanunla təsbit olunarsa, bu həm də vətəndaşların öz hüquqlarını tələb etməsinə stimul verəcək.”

Beləliklə, ekspertin fikrincə, pensiya kapitalının bir hissəsinin vətəndaşlara birdəfəlik ödənməsi ideyası real olsa da, onun tətbiqi üçün ilk növbədə kölgə iqtisadiyyatının azaldılması və sosial sistemdə şəffaflığın artırılması əsas şərt kimi çıxış edir.

Bənzər Xəbərlər

İqtisadiyyat

Dövlət borcunun həcmi AÇIQLANDI

Aprel 22, 2026
İqtisadiyyat

Hesablama Palatası Mədəniyyət Nazirliyində nöqsanlar aşkarladı

Aprel 22, 2026
İqtisadiyyat

Pensiyalar bu qədər ARTIRILDI – RƏSMİ

Aprel 22, 2026
İqtisadiyyat

Milli Məclis TƏSDİQLƏDİ: 550 manat OLDU

Aprel 22, 2026
İqtisadiyyat

Milli Məclis mühüm qərarlar qəbul edib

Aprel 22, 2026
İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.04.2026)

Aprel 22, 2026

XƏBƏR LENTİ

Futbol tarixində ilk ola bilər: Ronaldo oğluyla komanda yoldaşı olur

22 Aprel, 26 / 23:20

276 uşağı övladlığa götürüb – “Çinin super atası”

22 Aprel, 26 / 23:06

Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı

22 Aprel, 26 / 22:50

Ürək xəstələri üçün ümid: Bu metod ölüm riskini aşkar edəcək

22 Aprel, 26 / 22:36

Dövlət borcunun həcmi AÇIQLANDI

22 Aprel, 26 / 21:30

Uitkoffdan Azərbaycan və Ermənistanla bağlı MÜHÜM AÇIQLAMA

22 Aprel, 26 / 21:12

“Yeni Klinika”nın direktoru işdən ÇIXARILDI – Özü DANIŞDI

22 Aprel, 26 / 20:55

Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ!

22 Aprel, 26 / 20:38

Hesablama Palatası Mədəniyyət Nazirliyində nöqsanlar aşkarladı

22 Aprel, 26 / 20:20

Pensiyalar bu qədər ARTIRILDI – RƏSMİ

22 Aprel, 26 / 20:02
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.