Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir.
Cagdas.az xəbər verir ki, tədbirin məqsədi medianın maarifləndirici funksiyasının gücləndirilməsi, ictimai rəyin formalaşdırılmasında rolunun artırılması, həssas məlumatların cəmiyyətə düzgün prinsiplər əsasında çatdırılması, eləcə də media ilə dövlət qurumları arasında koordinasiyanın təkmilləşdirilməsidir.
Bundan əlavə, forum çərçivəsində “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi mövzusunda panel sessiya təşkil olunacaq. Paneldə media subyektlərini təmsil edən jurnalistlərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, forumun açılış mərasimində MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov və digər şəxslər iştirak edirlər.(modern.az)
















