• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
6.8° Weather Columbus
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycan Avropa İttifaqına NOTA VERDİ

01 May, 26 / 12:57
A A

Avropa İttifaqının (Aİ) Azərbaycan səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Cagdas.az xəbər veriri ki bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüşdə Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədə ölkəmizə qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.

Sözügedən qətnamədəki müddəaların reallıqları təhrif etdiyi, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu vurğulanıb.

Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsinin regionda normallaşma prosesinə, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivlərinə mənfi təsir etdiyi vurğulanıb.
Qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddiaların tamamilə əsassız olduğu, bu kimi çağırışların Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıdığı bildirilib. 2023-cü ildə Azərbaycan Konstitusiyasına uyğun olaraq təqdim edilmiş reinteqrasiya planına baxmayaraq, erməni sakinlərin regionu könüllü əsasda tərk etdiyi, bunun əksini iddia edən bəyanatların yanlış olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, “müharibə əsirləri” kimi təqdim edilən erməni əsilli şəxslərin azad edilməsi ilə bağlı çağırışların da hüquqi baxımdan qəbuledilməz olduğu görüşdə qeyd edilib. Azərbaycan tərəfinin humanist yanaşma nümayiş etdirərək bir çox məhbusları azad etdiyi, etimad quruculuğu istiqamətində addımlar atdığı, barələrində məhkəmə hökmü çıxarılmış şəxslərin isə terrorçuluq, təxribat və hərbi cinayətlər daxil olmaqla bir sıra ağır cinayətlər törətmiş şəxslər olduğu xatırlanıb.

“Mədəni və dini irsin məhv edilməsi” ilə bağlı iddiaların tamamilə əsassız və qəbuledilməz olduğu vurğulanıb.

Bununla yanaşı, işğal dövründə Azərbaycanın mədəni və dini irsinin genişmiqyaslı şəkildə dağıdılması və təhqir olunması faktlarına Avropa institutları tərəfindən önəm verilmədiyi diqqətə çatdırılıb.

Görüşdə Avropa İttifaqı tərəfi Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, eləcə də regionda sülh və normallaşma prosesinə zərər vuran bu kimi addımların qarşısını almağa çağırılıb.(sfera.az)

Bənzər Xəbərlər

Cəmiyyət

TƏBİB-ə yeni icraçı direktor müavini təyin edildi – FOTO

May 1, 2026
Cəmiyyət

Prezident Ədalət Fərəcovla bağlı sərəncam imzaladı

May 1, 2026
Cəmiyyət

Bu avtomobillərə işıq və səs siqnalları taxılacaq – YENİLİK

May 1, 2026
Cəmiyyət

Sabah hava necə olacaq?

May 1, 2026
Cəmiyyət

Azərbaycanda maaşla bağlı yeni qayda

May 1, 2026
Cəmiyyət

Milli Məclis 3 sənədi ratifikasiya etdi

May 1, 2026

XƏBƏR LENTİ

Bu şəxslərə dövlət tərəfindən müavinət veriləcək? – VACİB AÇIQLAMA

01 May, 26 / 15:56

Nazir Oktay Babayevi vəzifəsindən azad etdi

01 May, 26 / 15:36

Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə edib

01 May, 26 / 15:18

TƏBİB-ə yeni icraçı direktor müavini təyin edildi – FOTO

01 May, 26 / 14:52

Prezident Ədalət Fərəcovla bağlı sərəncam imzaladı

01 May, 26 / 14:51

Bu avtomobillərə işıq və səs siqnalları taxılacaq – YENİLİK

01 May, 26 / 14:37

Sabah hava necə olacaq?

01 May, 26 / 14:23

Azərbaycanda maaşla bağlı yeni qayda

01 May, 26 / 14:08

Milli Məclis 3 sənədi ratifikasiya etdi

01 May, 26 / 13:53

Xaricdə evlənib qayıdanların nəzərinə: Aliment ödəyəcəksiniz!

01 May, 26 / 13:38
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.