• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.4° Weather Columbus
$
1.7
€
1.995
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Brüssel İnstitutu: Cənubi Qafqazda nəqliyyat marşrutları uğrunda rəqabət yeni müstəviyə keçir

09 May, 26 / 17:07
A A

Cənubi Qafqazda geosiyasi rəqabət nəqliyyat-logistika bağlantısının regionda əsas təsir alətinə çevrilməsi fonunda güclənir.

“Çağdaş.Az”ın Brüssel Geosiyasət İnstitutuna istinadən verdiyi xəbərə görə, Cənubi Qafqaz ikinci dərəcəli tranzit ərazisi olmaqdan çıxaraq intensiv mübarizə arenasına – Avropa ilə Asiyanın kəsişməsində strateji qovşağa çevrilir.

“ABŞ və Rusiya ilə yanaşı, ən mühüm oyunçular sırasına Çin də daxil olub. “Bir kəmər, bir yol” təşəbbüsünü həyata keçirməklə və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafında fəal iştirak etməklə Pekin regionda iqtisadi və logistik mövcudluğunu ardıcıl surətdə artırır. Artıq fəaliyyət göstərən infrastruktur, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri bu məkanın Avropa qitəsinin enerji təhlükəsizliyi üçün əhəmiyyətini bariz şəkildə nümayiş etdirir. Bununla belə, son zamanlar müşahidə olunan geosiyasi böhranlar bu əhəmiyyəti daha da artırıb.

2026-cı ildə İranın cəlb olunması ilə müşayiət olunan gərginlik və Hörmüz boğazı da daxil olmaqla dəniz marşrutlarının fəaliyyətində yaranan fasilələr Orta Dəhlizi nəqliyyat və enerji infrastrukturunun strateji cəhətdən alternativi olmayan elementinə çevirib”, – nəşrdə qeyd olunur.

Müəllif vurğulayır ki, qlobal ticarətin artan fraqmentasiyası və ənənəvi nəqliyyat dəhlizlərinin geostrateji “dar boğazlara” çevrildiyi bir vaxtda Avropa üçün bu regiona investisiya qoyuluşu enerji resurslarının və mineral xammalın Qərbə fasiləsiz tədarükünü təmin etmək baxımından həyati zərurətə çevrilib.

TBNM və ya Orta Dəhliz Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çin və Avropa ölkələrini birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir. Assosiasiya zəruri informasiya dəstəyi təqdim edir, inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin yaradılmasına töhfə verir və müxtəlif ölkələrdən olan iştirakçılar, o cümlədən coğrafi cəhətdən birbaşa Orta Dəhliz boyunca yerləşməyən ölkələr üçün maksimum səmərəliliyi təmin edir.

Qazaxıstan Nəqliyyat Nazirliyinin statistik məlumatına görə, bu marşrutla yükdaşımaların həcmləri sabit müsbət dinamika nümayiş etdirir: 2019-cu ildə 759 min ton, 2020-ci ildə 783 min ton, 2021-ci ildə 586 min ton, 2022-ci ildə 1,485 milyon ton, 2023-cü ildə 2,764 milyon ton, 2024-cü ildə 4,484 milyon ton yük daşınıb.

Türk Dövlətləri Təşkilatının (TDT) məlumatına görə, 2025-ci ildə Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi 4,7 milyon ton təşkil edib və 2027-ci ilədək 10 % artım gözlənilir. 2027-ci ilə qədər Orta Dəhlizin buraxılış qabiliyyəti ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialını gücləndirəcək və infrastruktur layihələrinə əlavə investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

Qeyd etmək lazımdır ki, 2030-cu il üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcminin 11,4 milyon tona çatdırılması hədəflənib./Report/

Bənzər Xəbərlər

İqtisadiyyat

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 48 %-ə yaxın artırıb

May 9, 2026
İqtisadiyyat

Azərbaycan Türkiyədən meyvə-tərəvəz məhsulları idxalına çəkdiyi xərci 8 %-dən çox artıb

May 9, 2026
İqtisadiyyat

Pensiyaçılara şad xəbər – bu şəxslərin təqaüd yaşı azaldılacaq

May 9, 2026
İqtisadiyyat

Ətin qiyməti ilə bağlı SON DƏQİQƏ açıqlaması

May 9, 2026
İqtisadiyyat

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq

May 9, 2026
İqtisadiyyat

Kriptobirjada artım – “Bitcoin”in qiyməti yenidən 80 min dolları ötüb

May 9, 2026

XƏBƏR LENTİ

Əli Kərimlinin atası vəfat etdi - FOTO

09 May, 26 / 19:00

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 48 %-ə yaxın artırıb

09 May, 26 / 18:06

Azərbaycan Türkiyədən meyvə-tərəvəz məhsulları idxalına çəkdiyi xərci 8 %-dən çox artıb

09 May, 26 / 17:35

Brüssel İnstitutu: Cənubi Qafqazda nəqliyyat marşrutları uğrunda rəqabət yeni müstəviyə keçir

09 May, 26 / 17:07

Azərbaycanda zəlzələ olub

09 May, 26 / 16:41

Prezident və birinci xanım Cəbrayılın Şükürbəyli kəndinin açılışında iştirak ediblər

09 May, 26 / 16:14

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər ediblər

09 May, 26 / 15:46

Pensiyaçılara şad xəbər – bu şəxslərin təqaüd yaşı azaldılacaq

09 May, 26 / 15:24

Azərbaycanın taleyini dəyişən lider - Heydər Əliyevin siyasi missiyası

09 May, 26 / 14:58

Qurban Qurbanov Türkiyə klubunda?

09 May, 26 / 14:22
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.