• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9949
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

İşdən çıxan şəxs hansı halda- Geri qayıda bilər?

13 May, 26 / 22:16
A A

Əmək Məcəlləsinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. Ərizə verildiyi gündən bir ay keçdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Lakin bu, heç də bütün hallara şamil olunmur.  

Cagdas.az   “qafqazinfo.az”a istinadla xəbər verir ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, seksual qısnamaya məruz qaldıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilər.

Bundan başqa, işçinin digər işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı razılıq olduqda da ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilə bilər.

Eyni zamanda, işdən çıxmaqla bağlı ərizə vermiş şəxs ərazəsini geri götürə bilər. Belə ki, əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində xitam verilmə gününü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun.

Burada onu vurğulamaq lazımdır ki, əmək müqaviləsinə bu qaydada xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur. Öz növbəsində işçi ərizəsində müqaviləni dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinə xitam verilməsinə yol verilmir.

Qanunvericiliyə görə, işçi ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinə xitam verilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət də edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

Qanunvericiliyə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçini əmək müqaviləsinə xitam verməyə məcbur etmək qadağandır.

Bənzər Xəbərlər

Gündəm

“Marketlərin satış hiyləsi: səbətlər niyə məhz qırmızı seçilir?”

May 14, 2026
Gündəm

II qrupda “xilas yolu” sayılan ixtisaslar – ən aşağı KEÇİD BALLARI

May 13, 2026
Gündəm

Əhaliyə ŞAD XƏBƏR – 500 manat qazana biləcəksiniz

May 13, 2026
Gündəm

Prezident Rixard Raşini qəbul etdi

May 13, 2026
Gündəm

Mehdi Cavadov yüksək vəzifəyə TƏYİN OLUNDU

May 13, 2026
Gündəm

Avropa İttifaqı Braziliyadan ət idxalını dayandırdı – Azərbaycan da alır

May 13, 2026

XƏBƏR LENTİ

“Marketlərin satış hiyləsi: səbətlər niyə məhz qırmızı seçilir?”

14 May, 26 / 0:32

Duşdakı duruşunuz sizin haqqınızda ipuclar verir! – Əgər kürəyiniz çevrilibsə…

13 May, 26 / 23:59

Həyatı əbədi dəyişəcək 4 BÜRC

13 May, 26 / 23:40

Arıqlamaq üçün gündə neçə addım atmaq lazımdır?

13 May, 26 / 23:27

Bu tarixlərdə doğulanlar israfçı olur – RƏQƏMLƏR

13 May, 26 / 23:13

Mavi Ay müşahidə olunacaq

13 May, 26 / 22:59

“Qarabağ”ın legioneri İngiltərə klublarının HƏDƏFİNDƏ

13 May, 26 / 22:45

II qrupda “xilas yolu” sayılan ixtisaslar – ən aşağı KEÇİD BALLARI

13 May, 26 / 22:30

İşdən çıxan şəxs hansı halda- Geri qayıda bilər?

13 May, 26 / 22:16

“Avroviziya-2026”nın ilk yarımfinalçıları bu ölkələr oldu – SİYAHI

13 May, 26 / 22:03
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.