• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9759
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Azərbaycanın London Fond Birjasında olmamasının SƏBƏBİ

21 May, 26 / 18:41
A A

Özbəkistan ilk dəfə olaraq milli aktivin səhmlərini London Fond Birjasında satışa çıxarıb. Özbəkistan Milli İnvestisiya Fondu (UzNIF) 13 böyük dövlət şirkətini birləşdirir. Bildirilir ki, səhmlərə tələb təklifi dörd dəfədən çox üstələyib. Mərasimdə Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva iştirak edib və tədbiri ölkə üçün strateji əhəmiyyətli adlandırıb.

Özbəkistanın London birjasında ilk dəfə milli aktivlərini satışa çıxarması regionda yeni iqtisadi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Lakin bu fonda diqqət çəkən əsas suallardan biri Azərbaycanın niyə hələ belə bir addım atmamasıdır. Ekspertlər hesab edir ki, Azərbaycanın bu istiqamətdə geri qalması bir neçə struktur amillə bağlıdır. İlk növbədə, ölkənin əsas iqtisadi gücü sayılan SOCAR kimi dövlət şirkətləri hələ də tam açıq və beynəlxalq standartlara uyğun korporativ idarəetmə modelinə keçməyib. Bu isə xarici investorların cəlb olunmasını çətinləşdirir.

Digər tərəfdən, Özbəkistanda olduğu kimi vahid investisiya platformasının – yəni müxtəlif dövlət aktivlərini birləşdirən fond modelinin Azərbaycanda mövcud olmaması da əsas səbəblərdən sayılır. Analitiklər bildirir ki, aktivlərin parçalanmış şəkildə idarə olunması onların qlobal bazarlara çıxışını məhdudlaşdırır.
Bununla yanaşı, yerli kapital bazarının kifayət qədər inkişaf etməməsi beynəlxalq bazarlara inteqrasiyanı ləngidir.

İqtisadçılar qeyd edir ki, Azərbaycanın uzun illər enerji gəlirlərinə arxalanması xarici investisiyaya olan ehtiyacı azaldıb və nəticədə bu sahədə islahatlar daha ehtiyatlı şəkildə aparılıb. Bununla belə, mütəxəssislər hesab edir ki, ölkənin enerji, nəqliyyat və telekommunikasiya sektorları investorlar üçün kifayət qədər cəlbedicidir. Lazımi islahatlar həyata keçiriləcəyi təqdirdə Azərbaycanın da gələcəkdə beynəlxalq fond bazarlarında çıxış etməsi mümkündür.

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-a açıqlamasında bu istiqamətdə olan bəzi problemlərdən söz açdı: “Azərbaycan dünya iqtisadiyyatının və maliyyə sisteminin bir parçasıdır. Bu doğrudan da belədir. Lakin elə problemlər var ki, onları həll etmədən bu müstəvilərdə tam və dolğun şəkildə təmsil olunmaq mümkün deyil. Bu sırada dayanan əsas məsələlərdən biri də qiymətli kağızlar bazarının mükəmməl fəaliyyətinin təmin edilməsidir. Lakin təəssüf ki, bu sahədə biz yetərincə geridə qalırıq. Bakı Fon Birjasının fəaliyyəti zəifdir. Birjada elektron ticarət infrastrukturu müasir tələblərə cavab verəcək səviyyədə təşkil edilib, dövlət istiqraz bazarı normal işləyir və aktivdir. Lakin səhm bazarı çox kiçik və zəifdir. Bunun əsas səbəbi bazarda likvidliyin çox aşağı olmasıdır. Yəni siz bu bazarda aldığınız səhmi satmaq istəsəniz bunu o qədər də asanlıqla edə bilməyəcəksiniz. Çünki bizdə səhm bazarı çox zəifdir. Bazarın zəif olmasını şərtləndirən əsas səbəblər isə böyük şirkətlərin açıq hesabat vermək istəməməsidir. Dünya standartlarına cavab verən bazarlarda investor səhmini almaq istədiyi şirkətin maliyyə durumu, risklərini, aparılan auditin nəticələrini və bütövlükdə şirkətin necə idarə edildiyini görə bilir. Bizdə isə investor bu məlumatları tam, dolğun şəkildə əldə edə bilmir. Ölkə daxilində Fond Birjasının bu səviyyədə fəaliyyət göstərdiyi bir şəraitdə Azərbaycan şirkətlərinin səhmlərinin tezliklə beynəlxalq birjalarda satışa çıxarılması real görünmür. Bu istiqamətdə daha çox iş görülməlidir. İlk növbədə səhmlərimizin xarici fondlar üçün vacib olan yüksək likvidliyini, hüquqi təhlükəsizliyi və bazarın şəffaflığını təmi etməliyik”.

Bənzər Xəbərlər

İqtisadiyyat

Onlara hər ay 100 manat veriləcək – QƏRAR

May 21, 2026
İqtisadiyyat

Əli Əsədov iki qərar imzaladı

May 21, 2026
İqtisadiyyat

Təcili xəbərdarlıq – Ərzaq qiymətləri yüksələ bilər

May 21, 2026
İqtisadiyyat

Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?

May 21, 2026
İqtisadiyyat

Pensiyalar bu tarixdə tam ÖDƏNİLƏCƏK

May 21, 2026
Cəmiyyət

Bakı-Tiflis qatarına ucuz bilet almağın yolu açıqlandı - RƏSMİ

May 21, 2026

XƏBƏR LENTİ

TƏCİLİ: Putin ƏMR VERDİ – Rus ordusu Xəzər dənizinə ZƏRBƏ ENDİRƏCƏK

21 May, 26 / 20:21

Onlara hər ay 100 manat veriləcək – QƏRAR

21 May, 26 / 19:53

Alena Əliyeva olimpiadanın final mərhələsini izlədi - Fotolar

21 May, 26 / 19:22

Əli Əsədov iki qərar imzaladı

21 May, 26 / 18:58

Azərbaycanın London Fond Birjasında olmamasının SƏBƏBİ

21 May, 26 / 18:41

Bu 7 ölkə HƏR KƏSƏ qapılarını açdı - Üstəlik, PUL DA VERİRLƏR

21 May, 26 / 18:23

İndiyədək qanunsuz tikilən evlər söküləcək?

21 May, 26 / 18:09

Bakıda yeni YOL ÇƏKİLİR

21 May, 26 / 17:55

“Nizami” və “Sahil” stansiyaları bağlı VACİB YENİLİK

21 May, 26 / 17:42

Bakıda tramvay xətləri 2028-ci ilə qədər istifadəyə veriləcək

21 May, 26 / 17:27
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.