• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9746
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Ermənistandan Moskvaya rəsmi mesaj: “Avrasiya İttifaqındakı statusumuzu yalnız biz həll edərik”

22 May, 26 / 13:10
A A

Ermənistan ilə Rusiya arasında həm hərbi-siyasi, həm də iqtisadi sahədə pərdəarxası gərginliyin artdığı bir dönəmdə, İrəvandan Moskvanın mümkün təzyiq rıçaqlarına qarşı növbəti rəsmi bəyanat gəlib. Ermənistan rəhbərliyi Rusiyanın rəhbərlik etdiyi iqtisadi blok daxilindəki suveren hüquqlarını qoruyacağını nümayiş etdirib.

Cagdas.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi geniş mətbuat konfransında ölkəsinin Avrasiya İqtisadi İttifaqındakı gələcək taleyi və statusu barədə sensasion açıqlamalar verib. Baş nazir ittifaq daxilində hər hansı bir dəyişiklik məsələsinin kənar güclər və ya digər tərəfdaşlar tərəfindən diktə edilə bilməyəcəyini vurğulayıb.

“Avrasiya İqtisadi İttifaqının konkret və dəqiq qaydaları mövcuddur. Həmin qaydalara əsasən, hər hansı bir üzv dövlətin bu qurumdakı statusu məsələsini yalnız və yalnız Ermənistanın özü, yəni ittifaqın birbaşa üzvü olan ölkə müzakirə edə bilər. Bundan başqa hər hansı digər hüquqi prosedur yoxdur. Əlbəttə ki, digər tərəfdaşlarımızın və həmkarlarımızın bununla bağlı müəyyən sualları yarana bilər və biz bu sualları təmkinlə, səbirlə cavablandırmağa hazırıq”, — deyə Paşinyan bildirib.

Nikol Paşinyan eyni zamanda Moskvanın İrəvana qarşı ən güclü iqtisadi təsir vasitəsi sayılan təbii qazın qiymətinin artırılacağı ilə bağlı yayılan iddiaları və ehtimalları qətiyyətlə təkzib edib. Baş nazir Rusiya qazının bahalaşmasının hüquqi cəhətdən qeyri-mümkün olduğunu müdafiə edərək deyib: “Belə bir şeyin baş verməsi qətiyyən mümkün deyil. Çünki tərəflər arasında hazırda qüvvədə olan rəsmi müqavilə var və bu müqavilə qarşılıqlı surətdə faydalıdır. Bizim qazın qiyməti ilə bağlı Rusiya ilə çox aydın, dəqiq və strateji razılaşmalarımız mövcuddur, ona görə də hər iki tərəf bu sazişin şərtlərinə ciddi şəkildə riayət etməlidir”.(Musavat.com)

 

Bənzər Xəbərlər

Dünya

ABŞ Ermənistana nüvə texnologiyası verir

May 22, 2026
Dünya

Ucuz qaz veririk, əvəzində Paşinyanın alçaqlığı və ləyaqətsizliyi ilə üzləşirik

May 22, 2026
Dünya

İranın rəsmisi ABŞ-a kömək edən ölkələrin adını çəkdi

May 22, 2026
Dünya

Tramp bu ölkəyə 5000 ordu göndərir

May 22, 2026
Dünya

TƏCİLİ: Putin ƏMR VERDİ – Rus ordusu Xəzər dənizinə ZƏRBƏ ENDİRƏCƏK

May 21, 2026
Dünya

Rusiya bu ölkəyə nüvə silahlarını yerləşdirdi

May 21, 2026

XƏBƏR LENTİ

Ağaclardakı bu maddə stresi azaldır

22 May, 26 / 23:59

Bu ölkə ilk dəfə olaraq süni yumurta YARATDI

22 May, 26 / 23:22

Öz səhvini əsla qəbul etməyən 4 bürc: hər şeyi başqalarının üzərinə atırlar

22 May, 26 / 23:08

Şənbə günü 28° isti olacaq

22 May, 26 / 23:07

Ayaqları olmayan Rüstəm Nəbiyev Everesti fəth etdi: Yalnız əlləri ilə… – FOTO

22 May, 26 / 22:57

Yaşı 65 olanların nəzərinə: 2030-cu ilə qədər..

22 May, 26 / 22:44

Məşhur universitet fəaliyyətini dayandırdı

22 May, 26 / 22:31

“Qarabağ” mövsümün son oyununa çıxır

22 May, 26 / 22:18

“Son beş ildə Ağdamın təxminən 60 faizi minalardan təmizlənib” – Emin Hüseynov

22 May, 26 / 22:04

Azərbaycanın ən çox ticarət apardığı 4 ölkə AÇIQLANDI

22 May, 26 / 21:54
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.