Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olduğu və Avropa standartlarına uyğun islahatları davam etdirdiyi müddətcə biz də bu yolu tutacağıq.
Çağdaş.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli televiziyada yayımlanan seçkiqabağı çıxışında bildirib.
“Biz seçim etməli olduğumuz zaman seçim edəcəyik. Amma “biz” deyəndə, yəni siz (xalq) seçim edəcəksiniz”, – deyə o bildirib.
Paşinyan qeyd edib ki, onun vəzifəsi yalnız alternativ yaratmaqdır./Axar.az/
















