Son dəqiqə
Reklam
Reklam

Bu il ən çox və ən az boşanmaların olduğu rayonlarımız

Cəmiyyət

Ən çox və ən az boşanma qeydə alınan rayonlar – RƏQƏMLƏR

2026-cı ilin ilk yeddi ayında paytaxt rayonları arasında ən çox boşanma Xətaidə, ən az isə Pirallahıda qeydə alınıb. Xətaidə 430, Pirallahıda isə 17 boşanma rəsmiləşdirilib.

Cagdas.az xəbər verir ki, həmin dövrdə Bakı şəhəri üzrə ümumilikdə 4 657 nikah bağlanıb, 2 815 boşanma qeydə alınıb.

Paytaxtdan kənar iqtisadi rayonlar arasında boşanmaların sayı ən çox Qarabağda olub. Burada 1 723 nikah və 871 boşanma qeydə alınıb. Ən az boşanma isə Dağlıq Şirvan iqtisadi rayonunda rəsmiləşdirilib — 240 hal. Bu iqtisadi rayonda nikahların sayı 644 olub.

Abşeron–Xızı iqtisadi rayonunda 1 131 nikah və 690 boşanma, Mərkəzi Aranda 1 381 nikah və 678 boşanma qeydə alınıb. Lənkəran–Astarada 1 849 nikah bağlanıb, 652 boşanma rəsmiləşdirilib.

Gəncə–Daşkəsəndə 1 095 nikah və 582 boşanma, Qazax–Tovuzda 1 358 nikah və 558 boşanma olub. Naxçıvan iqtisadi rayonunda bu göstəricilər müvafiq olaraq 869 və 508, Quba–Xaçmazda isə 887 və 496 təşkil edib.

Mil–Muğanda 998 nikah və 449 boşanma, Şirvan–Salyanda 901 nikah və 438 boşanma, Şəki–Zaqatalada 1 009 nikah və 423 boşanma qeydə alınıb. Şərqi Zəngəzurda isə 722 nikah bağlanıb, 376 boşanma rəsmiləşdirilib.\modern.az\