Tramp ABŞ-ın “Üçüncü Dünya ölkələrindən” miqrasiyasını həmişəlik dayandıracağını deyib.
Cagdas.az bildirir ki, ABŞ prezidenti Donald Tramp cümə axşamı bildirib ki, onun administrasiyası ABŞ sisteminin tam bərpasına imkan vermək üçün bütün “Üçüncü Dünya ölkələrindən” miqrasiyanı daimi olaraq dayandırmağa çalışacaq.
Tramp həmçinin sosial media platforması olan “Truth Social” “Amerika vətəndaşı olmayanlara” verilən bütün federal imtiyazları və subsidiyaları dayandıracağını bildirib. O, əlavə edib ki, “daxili əmin-amanlığı pozan miqrantları vətəndaşlıqdan məhrum edəcək və ictimai məsuliyyət, təhlükəsizlik riski daşıyan və ya qərb sivilizasiyasına uyğun gəlməyən hər hansı xarici vətəndaşı deportasiya edəcək”.
Trampın bu açıqlamaları cümə axşamı günü Milli Qvardiya üzvünün Ağ Ev yaxınlığında pusquda vurularaq ölməsindən sonra verilib.
















