• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
7.9° Weather Columbus
$
1.7
€
1.9824
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Əli Kərimli bunun mümkün olmadığını anlayıb mənimlə Naxçıvana getdi – Qüdrət Həsənquliyev faktları açıqladı

02 Dekabr, 25 / 9:04
A A

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “Teleqraf” İnformasiya Agentliyinə müsahibə verib.

Cagdas.az ictimai əhəmiyyətini nəzərə alaraq, həmin müsahibəni təqdim edir.

– Qüdrət bəy, Əli Kərimlinin həbs olunması barədə AXCP bəyanatla çıxış etsə də hakim Yeni Azərbaycan Partiyası (YAP) hələ də dövlət çevrilişi cəhdinə rəsmi münasibət bildirməyib. Sizcə, niyə?

– Bu sual YAP-a ünvanlanmalıdır, amma düşünürəm ki, bu, hələlik müvafiq dövlət orqanlarının rəsmi açıqlaması olmadığına görədir. Konstitusiyanın “Təqsirsizlik prezumpsiyası” adlanan 63-cü maddəsinin 5-ci bəndinə görə, məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

İstintaq orqanı mediada deyilənləri təkzib etməsə də, belə bir cinayət hadisəsinin olması haqqında ictimaiyyətə rəsmi məlumat verməyib.

– Bəziləri iddia edir ki, belə bir cinayət hadisəsi olmayıb, bu, ölkədə alternativ fikrə və tənqidə imkan verməmək üçün təşkil olunub. Əli Kərimli iqtidar üçün bu qədərmi qorxulu idi?

– Siyasi partiya sədrinin həbsi hər bir halda böyük təəssüf hissi yaradır. Amma qeyd etdiyiniz həbsin səbəbləri barədə deyilənlər cəfəngiyatdır.

Əlbəttə, demokratiyanın inkişaf səviyyəsinə görə Azərbaycan nə İsveç deyil, nə də bu və ya digər məsələ barədə xalqın fikrini öyrənmək üçün ildə 2-3 dəfə referendum keçirən İsveçrə. Amma həm parlamentdə, həm mediada, həm də ictimai-siyasi həyatda tənqid və alternativ fikir var, ümid edirəm zamanla bu daha da genişlənəcək. Ən diletant birisi belə iqtidarın Əli Kərimlidən çəkinməsini ağlına belə gətirməz, buna inanmaz.

Zaman-zaman daxili və xarici qüvvələr Kərimlidən istifadə edib hökumətə təzyiq etmək fikrinə düşürlər. 2000-ci ildə AXCP parlament seçkilərində 7 deputat yeri əldə etsə də Kərimli xüsusi tapşırıqla parlamentə getməkdən imtina etdi. Sonra isə başqa bir tapşırıqla Milli Məclisə qayıtdı.

2001-ci ildə yenə tapşırıqla Floridanın Ki-Vest şəhərində Azərbaycanla Ermənistan arasında keçirilən danışıqlar ərəfəsində AXCP-nin Azərbaycan Qarabağın itirilməsi ilə barışmayacaq şüarı altında keçirəcəyi mitinqi təxirə saldı. O zaman Azərbaycana böyük təzyiq var idi ki, torpaqlarının itirilməsi ilə barışsın, indi Ukraynaya göstərilən təzyiq kimi.

2003-cü ilin prezident seçkilərində yenə də tapşırıqla AXC iqtidarında birgə təmsil olunduğu İsa Qəmbərin yox, Gəncə qiyamında iştirak etməkdə ittiham etdiyi Etibar Məmmədovun xeyrinə namizədliyini geri götürdü.

2013-cü ildə Moskvadan xüsusi missiya ilə göndərilmiş Rüstəm İbrahimbəyovun avantürasında əsas rollardan birini oynadı.
Xarici pasportu əlindən alınmamışdan öncə Bürüsselə etdiyi sonuncu səfərdə İlham Əliyev iqtidarının Ermənistanla sülhə təhlükə yaratdığını söylədi. “Azadlıq” qəzeti o zaman onun çıxışını dərc etmişdi və hətta xüsusi qeyd etmişdi ki, həmin çıxışı o, ingilis dilində edib. Demokratiya uğrunda mübarizə apardığını bəyan edən bir insan xalqın sosial inkişaf göstəricilərini, regional geosiyasi vəziyyəti nəzərə almalı və ona uyğun fəaliyyət göstərməlidir. Bu adam dəyərlər uğrunda mübarizə aparmayıb, hər zaman hakimiyyət və pul üçün çalışıb. Utanmadan deyir ki, Heydər Əliyev mənə vəzifə təklif etmişdi.
Əslində Elçibəy Bakını tərk edəndən sonra Heydər Əliyevin yanına gedib Avropa ölkələrindən birinə səfir göndərilməsini xahiş etdi. Amma Heydər Əliyev demişdi ki, o, bunu Surət Hüseynovla razılaşdırmalıdır. Kərimli də bunun mümkünsüzlüyünü anlayıb mənimlə Naxçıvana, ordan da Türkiyəyə getdi. Türkiyədən Kələkiyə, oradan isə iqtidarla anlaşandan sonra Bakıya qayıtdı.
İqtidar bilir ki, onun həbsinə görə Qərbin müəyyən dairələrinin təzyiqləri ilə üzləşəcək, amma görünür, gələcəkdə kimlərinsə ondan yenə də pozuculuq məqsədilə istifadə etməsinin qarşısını almaq üçün siyasi məqsədəuyğunluğu bir kənara qoyub, onun barəsində həbs qərarı seçib.

– Siz hesab edirsiniz ki, onu həbsi siyasi baxımdan məqsədəuyğun deyil?

– Mətbuatın yazdıqlarına inansaq, bu cinayət hadisəsi barədə məlumatı bizə Rusiya ötürüb. O zaman bir çoxlarında sual yaranır: Rusiya bunu niyə etsin? Axı, Kərimli ən azı Moskvadan göndərilmiş Rüstəm İbrahimbəyovla birlikdə Milli Şuranı yaratmışdı. Burada bir çox faktorlar rol oynaya bilər.

Əvvəla, dövlət maraqları tələb edəndə Azərbaycanın tələbi ilə Rusiya vaxtilə Rəhim Qazıyevi də, Surət Hüseynovu da tutub Azərbaycana təhvil vermişdi. Rusiya Azərbaycanla münasibətlərindəki müəyyən gərginliyin olduğu bir məqamda müttəfiqlik münasibətlərinə sadiqliyini nümayiş etdirmək üçün bunu edə bilər.

Başqa bir misal da çəkim, fikirləşin və müqayisə aparın. Putinə çox yaxın adam olan milyarder Ruben Vardanyanı Rusiya niyə Qarabağdan çıxarmadı və o, həbs olundu? Mənə görə düşündülər ki, bununla onun Rusiyayönümlü siyasətçi imici dağılar, bir müddət həbsdə yatar, əzabkeş obrazı yaranar, yekun sülh sazişi imzalanandan sonra azadlığa buraxılar, bundan sonra Ermənistana qəhrəman kimi qayıdıb Baş nazir olmağa əsas namizəd olar.

Rusiya onu da nəzərə ala bilər ki, Kərimlini həbs etməklə Azərbaycanın Rusiya ilə müharibə vəziyyətində olan Qərb ölkələri ilə münasibətləri yumşaltması çətinləşər. Başqa motivlər də ola bilər.

– Qüdrət bəy, bu hakimiyyətin naziri olmuş Fərhad Əliyevin hüquqlarını müdafiə komitəsi yaratmış Cəmil Həsənli Əli Kərimli saxlanılandan sonra onun hüquqlarını müdafiə etmək əvəzinə xaricə getmək istəyərkən ölkədən buraxılmadı. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

– Görünür, Fərhad Əliyev həm səxavətli olub, həm də Həsənli onu müdafiə edərkən özünə təhlükə hiss etməyib. İndi isə düşünür ki, narahat olmağına dəyər. O da Əli Kərimlinin başqa bir formasıdır. Mütəllibovun zamanından həmişə hakimiyyətdə olanlarla işləyib. Bir vaxt AMİP-dən imtina etmişdi, deputat mandatına görə də AXCP-dən, Əli Kərimlinin müavinliyindən imtina etdi, deputat olduğu dönəmdə bugünkü iqtidarın sevimlisi idi.

Övladının toy məclisində iştirak edənlərin 80%-i YAP-ın rəhbər şəxsləri idi. Prezident Administrasiyasında da elm komissiyasının üzvü təyin olunmuşdu, iqtidar nümayəndələrinin sifarişi ilə iqtidarı öyən kitablar yazırdı, Heydər Əliyevin məzarını ziyarət edirdi və sair. Sonra deputat seçilmədi və Rüstəm İbrahimbəyov, yaxud kimsə qulağına nə pıçıldadısa, tam dəyişdi.

Bənzər Xəbərlər

Cəmiyyət

Bakıda evinin önündə maşın saxlayanlar CƏRİMƏ OLUNACAQ

 

Aprel 30, 2026
Cəmiyyət

Azərbaycan əhalisinin DİQQƏTİNƏ: Bu xidmət mayın 1-dən tarixə qovuşur

Aprel 30, 2026
Cəmiyyət

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aprel 30, 2026
Cəmiyyət

Azərbaycanda zəlzələ oldu

Aprel 30, 2026
Cəmiyyət

Mayda 3 gün ardıcıl iş OLMAYACAQ

Aprel 30, 2026
Cəmiyyət

Fenlə havanın temperaturunu dəyişdirdi, 34 min dollar qazandı

Aprel 29, 2026

XƏBƏR LENTİ

İsrail Qəzzaya yardım donanmasını ələ keçirdi – 39 ölkədən 345 fəal saxlanıldı, aralarında 31 Türk var

30 Aprel, 26 / 10:49

İran parlamentinin spikerindən “dəniz blokadası” açıqlaması

30 Aprel, 26 / 10:35

Trampın blokada mesajı bazarları silkələdi: Neft qiymətləri kritik həddi keçdi

30 Aprel, 26 / 10:22

Trampla Putin arasında telefon danışığı - DETALLAR AÇIQLANDI

30 Aprel, 26 / 10:08

Bakıda evinin önündə maşın saxlayanlar CƏRİMƏ OLUNACAQ

 

30 Aprel, 26 / 9:54

Azərbaycan əhalisinin DİQQƏTİNƏ: Bu xidmət mayın 1-dən tarixə qovuşur

30 Aprel, 26 / 9:40

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

30 Aprel, 26 / 9:25

Azərbaycanda zəlzələ oldu

30 Aprel, 26 / 9:12

Mayda 3 gün ardıcıl iş OLMAYACAQ

30 Aprel, 26 / 8:59

Yuxunun sirri: Bunları görsəniz…

29 Aprel, 26 / 23:54
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.