Son dəqiqə
Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib – Prezident Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb
Reklam
Reklam

Abdullah Gül: “Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bizi son dərəcə məmnun edib”

Siyasət

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

“Cagdas.az” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Əziz Qardaşım.

Doğum gününüz münasibətilə Sizi ən səmimi duyğularla təbrik edir, yeni yaşınızın Sizə cansağlığı və xoşbəxtlik gətirməsini diləyirəm.

Zati-alinizin liderliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, bölgənin lider dövlətinə çevrilməsi və bu il Ermənistana qarşı aparılan Vətən müharibəsində Qələbə qazanaraq işğal altındakı torpaqlarını azad etməsi bizi son dərəcə məmnun etməkdədir.

Yeni yaşınızın Azərbaycan üçün xeyirli olmasını arzulayır, Zati-alinizə uzun və sağlam ömür diləyirəm.

Fürsətdən istifadə edərək Sizi və dəyərli ailənizi Yeni il münasibətilə təbrik edir, Yeni ilin Sizlərə və qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq gətirməsini arzulayıram”./Report/