ABŞ hakimiyyəti İranın Qadın və Ailə Məsələləri üzrə keçmiş vitse-prezidenti Məsumə Ebtekarın (2017-ci ildən 2021-ci ilə qədər vəzifədə olub-red.) oğlu İsa Haşeminin yaşıl kartını ləğv edib.
Cagdas.az Dövlət Departamentinin açıqlamasına istinadən xəbər verir ki, onun həyat yoldaşı və oğlu da saxlanılıb. Onlar deportasiyanı gözləyirlər. Bəyanata görə, hər üçü ABŞ-a 2014-cü ildə gəlib və 2016-cı ildə yaşıl kart alıblar.
Daha əvvəl ABŞ hakimiyyəti 2020-ci ildə ABŞ qüvvələri tərəfindən öldürülən SEPAH Qüds Qüvvələrinin komandiri general Qasım Süleymaninin qardaşı qızı və nəvəsinin yaşıl kartlarını saxlayıb və ləğv edib. ABŞ hökuməti həmçinin ölkədən qaçan İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızının və ərinin qanuni daimi sakin statusunu ləğv edib. Onların ölkəyə girişi də qadağan edilib./Musavat.com
















