Son dəqiqə
Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib – Prezident Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb
Reklam
Reklam

Alptekin Cihangir İşbilir: “Türk dünyasında yeni intibah dövrü yaşanır”

Gündəm

“Türk dövlətləri eyni cəbhədə çıxış etsə, media bizim ən böyük silahımıza çevrilə bilər”.

Cagdas.az xəbər verir ki, bu sözləri Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu çərçivəsində baş tutan “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr olunan panel sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, bu gün müasir, peyk texnologiyaları inkişaf etdirilmirsə, medianın da inkişafı mümkün deyil.

“Müasir texniki dəyişikliklərin mediaya təsirləri araşdırılmalıdır. Süni intellektdə çox sürətli alqoritmlər var. Xarici şəbəkələr süni intellekti çox yaxşı şəkildə mənimsəyiblər. Biz də bu istiqamətdə inkişaf etməliyik. Türk dünyasında yeni intibah dövrü yaşanır.

Biz eyni cəbhədə çıxış etsək, bir-birimizə qarşı çıxmasaq, media bizim ən böyük silahımıza çevrilə bilər. Azərbaycanda biz bu imkanları sınaqdan keçiririk. Türkiyə-Azərbaycan media platformasının hansı işlər görə biləcəyini nəzərdən keçiririk”, – deyə o bildirib./Oxu.az/