• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21° Weather Columbus
$
1.7
€
1.9867
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Aprel döyüşlərində qardaşına söz verdi: Şuşada özü də şəhid oldu -VİDEO

13 Aprel, 26 / 14:08
A A

Bu dəfə Öndər.tv komandası olaraq Masallı rayonunun Viləş kəndinə üz tutduq.

Səfərimizin məqsədi Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan gizir Nurlan Əsgərlinin və 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanı gizir İntiqam Əsgərlinin əziz xatirəsini yad etmək, eyni zamanda “Şəhid qardaşları” ev muzeyinin açılış mərasimində iştirak etmək idi.

Viləş kəndində keçirilən tədbir olduqca duyğusal anlarla yadda qaldı. Şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və kənd sakinləri bir araya gələrək qəhrəman oğulların xatirəsini ehtiramla yad etdilər.

Açılışı edilən ev muzeyi təkcə bir ailənin deyil, bütövlükdə xalqın qürur mənbəyinə çevriləcək müqəddəs bir məkan kimi dəyərləndirilir. Muzeydə şəhid qardaşların şəxsi əşyaları, hərbi geyimləri, təltifləri, fotoşəkilləri və döyüş xatirələrini əks etdirən materiallar nümayiş olunur. Şəhidlik İslam dinində ən uca məqamlardan biri sayılır.

Bu zirvəyə yüksələn insanlar cənnətlə mükafatlandırılır və xalqın yaddaşında əbədi yaşayırlar. Tarix boyu olduğu kimi, Azərbaycan xalqı da müqəddəs dəyərləri uğrunda mübarizədən çəkinməmiş, Vətən torpaqlarını qorumaq naminə saysız-hesabsız igidlər yetişdirmişdir. Bu gün üzərində yaşadığımız torpaqlar şəhidlərimizin qanı ilə yoğrulub. Azad, təhlükəsiz və xoşbəxt həyatımızı məhz onların fədakarlığına borcluyuq. Hər bir Azərbaycan vətəndaşının borcu isə bu qəhrəmanları unutmamaq, onların xatirəsini daim yaşatmaq və gələcək nəsillərə ötürməkdir. Şəhid qardaşlarının atası Bayram müəllim və anası, qürurlu Azərbaycan qadını Ziba xanım övladlarını vətənpərvər ruhda böyütmək üçün böyük zəhmət çəkiblər. Ziba xanım bildirir ki, övladlarının hərbçi olmasını məhz özü arzulayıb və bu yolda onlara hər zaman dəstək olub.

Aprel döyüşlərində ilk şəhid olan Nurlan Əsgərli subay idi. O, ağır yaralı olduğu anlarda qardaşı İntiqamla son dəfə görüşərək ürəyində qalan ən böyük arzusunu dilə gətirir: “Arzum Şuşaya bayraq sancmaq idi.” Bu sözlər qardaşının həyatına və gələcək taleyinə istiqamət verən bir vəsiyyətə çevrilir. Nurlanın şəhidliyindən dörd il sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayır. 44 günlük Vətən müharibəsi dövründə hər bir əsgərin məqsədi yalnız qələbə qazanmaq deyil, həm də şəhidlərin qisasını almaq idi. İntiqam Əsgərli də qardaşına verdiyi sözü yerinə yetirmək əzmi ilə döyüşlərə qatılır. O, döyüş yolu boyunca böyük şücaət göstərərək Şuşa istiqamətində gedən əməliyyatlarda iştirak edir və nəhayət, müqəddəs şəhərdə Azərbaycan bayrağını dalğalandıraraq həm qardaşının arzusunu reallaşdırır, həm də onun qisasını alır. Bu an təkcə bir ailənin deyil, bütün xalqın qürur anına çevrilir. Lakin qəhrəmanlıq yolu bununla bitmir. Müharibənin son günü – 9 noyabr tarixində İntiqam Əsgərli ağır yaralanır və şəhidlik zirvəsinə ucalır.

Beləliklə, iki qardaş da Vətən uğrunda canından keçərək Azərbaycan tarixində silinməz iz qoyur. Bu gün Viləş kəndində açılan “Şəhid qardaşları” ev muzeyi gələcək nəsillər üçün bir məktəb, bir vətənpərvərlik ocağıdır. Buraya gələn hər bir insan bu igidlərin həyat yolundan ilham alacaq, Vətən sevgisinin nə qədər müqəddəs olduğunu bir daha anlayacaq.

Bənzər Xəbərlər

Cəmiyyət

Seysmoloqdan XƏBƏRDARLIQ: Azərbaycanda güclü təkanlar ola BİLƏR

Aprel 13, 2026
Cəmiyyət

Veteranlarla BAĞLI MÜHÜM XƏBƏR

Aprel 13, 2026
Cəmiyyət

Maliyyə Nazirliyində YENİ TƏYİNATLAR

Aprel 13, 2026
Cəmiyyət

Bəzi dövlət qulluqçuları üçün yeni etik davranış qaydaları tətbiq ediləcək

Aprel 13, 2026
Cəmiyyət

Rayonlar üzrə pensiyalar bu tarixdə ödəniləcək

Aprel 13, 2026
Cəmiyyət

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Aprel 13, 2026

XƏBƏR LENTİ

Netanyahu yeni xəritə yaydı – Bu dövlətləri “qara siyahı”ya saldı

13 Aprel, 26 / 16:13

Seysmoloqdan XƏBƏRDARLIQ: Azərbaycanda güclü təkanlar ola BİLƏR

13 Aprel, 26 / 15:59

Veteranlarla BAĞLI MÜHÜM XƏBƏR

13 Aprel, 26 / 15:45

Maliyyə Nazirliyində YENİ TƏYİNATLAR

13 Aprel, 26 / 15:30

Bəzi dövlət qulluqçuları üçün yeni etik davranış qaydaları tətbiq ediləcək

13 Aprel, 26 / 15:15

Rayonlar üzrə pensiyalar bu tarixdə ödəniləcək

13 Aprel, 26 / 15:02

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

13 Aprel, 26 / 14:48

Türkiyəyə istirahətə daha sərfəli qiymətə necə getmək olar?  – FOTOLAR

13 Aprel, 26 / 14:44

Parisdən Vaşinqtona “yox” – Fransa Hörmüz boğazında ABŞ-ın hərbi planına qoşulmur

13 Aprel, 26 / 14:34

Kart ödənişlərində yeni QAYDA: Komissiyalara limit qoyulur?

13 Aprel, 26 / 14:20
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.