ASELSAN tərəfindən hazırlanmış TOLUN mərmilərinin sınaqları uğurla həyata keçirilib. Bayraktar Akıncı hücum dronu (TİHA) ilə keçirilən testlərdə bütün hədəflər dəqiq zərbələrlə vurulub.
Cagdas.az bildirir ki, Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar sosial şəbəkə hesabında Bayraktar Akıncı TİHA-nın TOLUN mərmiləri ilə keçirdiyi yeni atış testlərini paylaşaraq uğurlu nəticələri qeyd edib.
Test zamanı Akıncı TİHA Yaklaşma Sensörlü Parçacıq Effektli TOLUN-F və Sert Hədəf Tapalı Sığınak Delici TOLUN mərmiləri ilə bütün hədəfləri dəqiq vurub.
Rekord məsafədə hədəfi vurdu
TOLUN mərmiləri F-16-dan uzun məsafəli sınaq atışında da 100 kilometrdən çox məsafəyə çataraq hədəfi dəqiq vurmuşdu.
Uğurlu sınaqlardan sonra ASELSAN Baş direktoru Ahmet Akyol paylaşımında qeyd edib: “Hava platformalarımızın gücünü artırmaqda davam edəcəyik.”
Türkiyə Prezidentinin Müdafiə Sənayesi Başçısı Haluk Görgün isə bildirib: “Yeni qabiliyyətlər sahada özünü göstərir. Milli həllərlə hava gücümüzü addım-addım daha da irəli aparırıq.”
















