Son dəqiqə
Təhlükəli mallar bazardan geri çağırılacaq Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq Vətəndaşın pensiya kapitalı varisinə veriləcək? – Deputat dəstəklədi Ermənilər Nəsimi Musayevi bıçaqlayan qadından “qəhrəman” düzəldirlər Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir – Prezident Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək – Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış edirlər
Reklam
Reklam

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

Dünya
flags of European union and Russia painted on cracked wall

Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaja Kallas bu ilin sonuna qədər Rusiya neftini daşıyan tankerlərə qarşı əlavə sanksiyalar qəbul etmək niyyətində olduğunu bildirib.

“Cagdas.az” xəbər verir ki, Avropa İttifaqına üzv olan 27 ölkənin nümayəndələri dekabrın əvvəlində keçiriləcək iclasda Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər.

“Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən hərəkətlərlə bağlı məhdudlaşdırıcı tədbirlərə dair Şuranın Qərarı və İcra Qaydası”, – gündəmdə deyilir.

Qeyd edək ki, Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaja Kallas daha əvvəl bəyanatında, bu ilin sonuna qədər Rusiya neftini daşıyan tankerlərə qarşı əlavə sanksiyalar tətbiq etmək istədiklərini bildirib.