Son dəqiqə
Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib – Prezident Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb
Reklam
Reklam

Azərbaycan Prezidentinin Protokol Xidməti YARADILIB

Cəmiyyət

Azərbaycanda yeni dövlət qurumu yaradılıb.

Cagdas.az-ın məlumatına görə, bir müddət əvvəl Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti adlı yeni qurum formalaşdırılıb.

Ötən gün Nazirlər Kabineti “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları” adlı qərara dəyişiklik edib və Protokol Xidməti dövlət qurumlarının siyahısına əlavə edilib.

Digər qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi, habelə ailə üzvləri, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin şöbə müdirləri hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin siyahısına daxil edilib.

Qərardan məlum olub ki, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin yaradılması barədə sərəncam bu ilin may ayında imzalanıb.

Qeyd edək ki, əvvəllər Prezidentin Protokol xidməti Prezident Administrasiyasının strukturuna daxil idi. Artıq rəsmi saytda bu qurumun adı çıxarılıb və ayrıca qurum olub.

Prezident Administrasiyasının strukturuna daxil olan zaman Protokol xidmətinin rəisi Arif Səmədov olub.