Son dəqiqə
Xəzərin səviyyəsinin enməsi ilə bağlı Komissiyanın ilk iclası Azərbaycanda keçiriləcək İlham Əliyev Pezeşkianla görüşdü – GÖRÜNTÜLƏR Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı Ermənistanda azərbaycanlılarla bağlı panika yayıldı – Xüsusi xidmət təkzib etdi Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçirilir Prezident: Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil Azərbaycanlılar da Kiyevi tərk edirlər Xəzərin səthinin sahəsi 20 min kvadratkilometrdən çox azalıb – Yenilənib İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub – FOTO Bu gün “Neftçi”-“Sabah” oyunu keçiriləcək
Reklam
Reklam

Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq

Cəmiyyət

Azərbaycanın Gürcüstana təbii qaz tədarükü ilə bağlı saziş iki ölkə arasında hökumətlərarası danışıqların uğurla başa çatması nəticəsində daha 20 il müddətinə uzadılıb.

Cagdas.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Gürcüstanla Azərbaycan arasında qazın alqı-satqısına dair müqavilə 2003-cü ildən qüvvədədir və 2026-cı ildə başa çatmalı idi.

“Qonşumuz Azərbaycanla dostluq və qarşılıqlı hörmət şəraitində danışıqlar apardıq və hər iki tərəf üçün faydalı razılaşmalara nail olduq”, – deyə Gürcüstanın iqtisadiyyat nazirinin müavini Gennadi Arveladze bildirib.

Nazirliyin məlumatına görə, sazişlə nəzərdə tutulan bütün həcmdə təbii qaz Gürcüstanın qaz sektorunun tələbatının ödənilməsinə yönəldiləcək. Bu isə sektora fasiləsiz və sabit qaz tədarükünə zəmanət verir.

Hökumətlərarası saziş, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “SOCAR Midstream Operation” MMC-si ilə Bakı-Supsa neft kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinə dair əməliyyat sazişinin bağlanmasını nəzərdə tutur.

Sənəddə kəmərin tranzit marşrutunun fəaliyyəti və texniki xidməti ilə yanaşı, Bakı-Tbilisi-Supsa neft kəmərinin və Supsa terminalının istismarı məsələləri də əksini tapıb.

“Bildiyiniz kimi, bu kəmər son bir neçə ildə istismar olunmayıb. Buna görə də Azərbaycan tərəfi onun istismarını bərpa etməyi öhdəsinə götürür. Bu isə ölkəmizə əlavə gəlir gətirəcək”, – deyə Arveladze qeyd edib.

Azərbaycan və Gürcüstan arasında enerji sektorunda imzalanan bu genişmiqyaslı sazişlər paketi tarixi əhəmiyyət daşıyır. Razılaşmaların iki ölkə arasında iqtisadi əlaqələri daha da dərinləşdirəcəyi və Gürcüstanın enerji təhlükəsizliyini gücləndirəcəyi bildirilir.\modern.az\