• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
2.6° Weather Columbus
$
1.7
€
1.9921
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Maraqlı

Azərbaycanın sirləri: Məkkədən sonra yalnız Bakıda mövcud olan Cin məscidi – FOTO

21 Dekabr, 25 / 23:14
A A
Azərbaycanın sirləri: Məkkədən sonra yalnız Bakıda mövcud olan Cin məscidi – FOTO

“İçərişəhərdə qeyri-adi bir məscid var. Haqqında köhnə bakılılar arasında rəvayətlər dolaşır. Bu dini ibadət yeri Cin məscidi kimi qeydiyyata alınıb. Qeyd edim ki, onu çox zaman Çin məscidi ilə səhv salırlar”.

Referans Media xəbər verir ki, bunu dosent Zaur Əliyev deyib. O bildirib ki, Qazi Fəzlullah bin Osman məscidi və ya Çin məscidi tamam başqa bir tikilidir:
“Diqqətimi cəlb edən Cin məscidi dünyada Məkkə şəhərindən sonra ancaq Azərbaycanın qədim şəhəri Bakıda olmasıdır. Məkkədə yerləşən Əl-Cin məscidi bu şəhərdəki məşhur və qədim məscidlərdən biri hesab olunur. Məscidin “Əl-Cin” olaraq adlandırılması isə Quranda olan “Cin” surəsi ilə bağlıdır. Cinlər məscidi Məkkədə Cənnətül-Muəlla məzarlığından Məscidül-Hərama gedən yolun sağında yerləşir. Bu yer “Fərhadiyyə” adlanır və Məscidül-Həramdan 2 km şimaldakı təpəlikdədir. Bu barədə əfsanələr çoxdur, təsdiqini tapmayan mənbəni də yazmaq istəmirəm.

Sual ortaya çıxır ki, Məkkədən sonra Bakıda, qədim İçərişəhərdə bu adla məscidin tikilməsi nəyə lazım idi. İlk öncə qeyd edim ki, İçərişəhərdə bir tikili var, çox heyf ki, sovetlər orada olan fikirimizi təsdiq edən əşya və abidələri söküblər, amma bu yer Məkkənin alternativi idi. İslamındəyərli alimləri uzaq yol gəlib Məkkəni ziyarət edənlər üçün əziyyət olmasın deyə Bəkkə adlandırdıqları Bakıda, İçərişəhərdə yerləşən bu yeri ziyarət etməyi tövsiyyə ediblər”.

Dosent hesab edir ki, bu tikililərin yaradılmasında 2 azərbaycanlının rolu olub:

“Məkkə rəhbərlərinin Bakı şəhərində alternativ tikililərin yaradılmasına şərait yaratması buranın xüsusi mistikası olması ilə yanaşı, əsrlər boyu Məkkənin Şərq və Qərb qapılarının Peyğəmbər (s) dövründən təyin edilən hakimləri olan iki azərbaycanlının da rolu olub. Bir neçə əsr bu iki azərbaycanlının ailəsi Səudlar hakimiyyətə gələnə qədər qədim Məkkənin hər iki qapısına nəzarət edilən sistemin hakimləri olublar.

Məhz Cin məscidinin Məkkədən sonra Bakıda olması da bu səbəblə bağlı ola bilər. Məscid Şirvanşahlar saray kompleksinə daxil olub Şərq darvazasının aşağı hissəsində yerləşir. Məscidini fasadı üzərində epiqrafik yazı mövcud deyil. XVI əsrdən etibarən isə məhəllə məscidi rolunu oynamışdır. Planda uzadılmış dördbucaq şəkildə olan bu bina, çatma formalı daş qübbə ilə örtülmüş birkameralı ibadət zalını təşkil edir. Ox üzrə interyerin cənub divarında dördbucaq çərçivəyə alınmış beşyaruslu stalaktik mehrab Şirvan-Abşeron memarlıq məktəbinin müəyyən kompozisiya motivini bütövlüklə təşkil edir. Cinahlarda kiçik taxçalar yerləşdirilmişdir. Əsas fasadı assimetrik olan məscidin sərt, iri həcmli kompozisiyası, klassik tipli portal-girişlə vurğulanır. Portalın dəqiq profillənmiş dördbucaq çərçivəsi, fasadın bütöv daş divarının fonunda klassik formada təsvir edilmişdir. Məscidin portalı klassik formaya malikdir, xarici fasadı və interyeri yaxşı tərtib olunmuşdur. Onların bəzək elementləri giriş və pəncərə açırımlarının sadə şəkildə haşiyə, seyrək yerləşdirilmiş ornamentli medalyonlardan təşkil edilmişdir.


Çox maraqlıdır ki, Qurani-Kərimdə “Məscidlər (məbədlər) Allaha məxsusdur” sözləri məhz “Cin” surəsi 18-ci ayədə qeyd edilir. Mistika axtarmıram, sadəcə maraqlı görünür”.

Z.Əliyev məscidi incələyən zaman yaşlı bir neçə içərişəhərli ilə həmsöhbət olub. O, məscid haqqında tarixi mənbələrdə qeyd olunmayan hekayəni də qeyd edib:

“Yaşlı insanlar uzun zamandır bu kiçik, lakin tarixi məscidin qapalı qalmasının səbəbini də bilmirlər. Əliağa Vahidin heykəlinin yanında yerləşən bu qədim tikiliyə baxım incələdəyim zaman yerli sakinlərdən belə bir əfsanə eşitdim.

“Bakıda sovet dövründə bir vətəndaş bu məscidin axşam yanından keçəndən sonra evə gəlir,ona təcili yardım çağırılır. Polis ifadə alan zaman qadın belə deyir:
“Axşam işdən qayıdırdım və bu məscidin yanından keçdim və bir növ gülüş səsi eşitdim. Kiçik bir pəncərə vardı, ora baxdım, cinləri gördüm”.
Bu hadisədən sonra yerli sakinlər Bakı Sovetinə müraciət edirlər ki, məscidi söksünlər. Lakin o qorxusundan sökməyib ki, cinlər ona ziyan vurar.

Əlbəttə, bu rəvayətdir və təsdiqini tapmayan hekayədir.

Qaynaqlarda və arxivlərdə məscid barədə məlumat çox azdır.

Məscid Fəddalah İmam Osman Şirvani oğlu tərəfindən Bakıda tikilib. Təxmini tikilmə tarixi 1375-ci ilə təsadüf edir. 1772-1773-ci illərdə təmir edildiyi üçün onun tarixini məhz XVI-XVII əsrdən götürülər.

Məsciddə heç bir mistika mövcud deyil”, – o əlavə edib./Olke.az/

Əvvəlki Yazı

Türkiyə hava məkanına sızma: Təsadüflər zənciri qırılır

XƏBƏR LENTİ

Azərbaycanın sirləri: Məkkədən sonra yalnız Bakıda mövcud olan Cin məscidi – FOTO

Azərbaycanın sirləri: Məkkədən sonra yalnız Bakıda mövcud olan Cin məscidi – FOTO

21 Dekabr, 25 / 23:14
Türkiyə hava məkanına sızma: Təsadüflər zənciri qırılır

Türkiyə hava məkanına sızma: Təsadüflər zənciri qırılır

21 Dekabr, 25 / 16:31
Sabah Amnistiya aktının icrasına başlanılır

Sabah Amnistiya aktının icrasına başlanılır

21 Dekabr, 25 / 16:00
Ukrayna bu rayonu boşaldır

Ukrayna bu rayonu boşaldır

21 Dekabr, 25 / 15:20
Məşhurların məmur övladları - ARAŞDIRMA

Məşhurların məmur övladları - ARAŞDIRMA

21 Dekabr, 25 / 14:21
Coşqun Rəhimova ağır itki

Coşqun Rəhimova ağır itki

21 Dekabr, 25 / 14:16
Bakıda Türkiyə-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçiriləcək

Bakıda Türkiyə-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçiriləcək

21 Dekabr, 25 / 13:50
Çinlilər niyə pul kisələrində alüminium folyo daşıyır?

Çinlilər niyə pul kisələrində alüminium folyo daşıyır?

21 Dekabr, 25 / 13:31
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO

21 Dekabr, 25 / 13:03
Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olublar - TƏFƏRRÜAT

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olublar - TƏFƏRRÜAT

21 Dekabr, 25 / 12:43
Cagdas.az

“Çağdaş” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i; 0701731092

Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə; 050-858-20-30

chagdas.az@gmail.com

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN-i; 0701731092
Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5
Əlaqə; 050-858-20-30
chagdas.az@gmail.com
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.