• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21° Weather Columbus
$
1.7
€
1.9867
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanda sağlamlıq turizminin inkişafı istiqamətində mühüm addım: Ö.T.M.A. və AHTTSA arasında memorandum imzalandı

11 Aprel, 26 / 23:25
A A

Aprelin 10-da Safran Hotel Baku-da Özəl Tibb Müəssisələri Assosiasiyası (Ö.T.M.A.) ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) arasında əməkdaşlıq memorandumu imzalanıb. Tədbirdə özəl klinikaların nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatları və media nümayəndələri, həmçinin dövlət və özəl sektorun müxtəlif qurumlarından olan təmsilçilər iştirak edib.

Çağdaş.Az xəbər verir ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin sədri Ruslan Quliyev tədbirin açılışında bildirib ki, iki ictimai birlik arasında memorandumun imzalanmasında əsas məqsəd Azərbaycanda sağlamlıq turizmi sahəsində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi, özəl tibb sektorunun bu istiqamətdə rolunun gücləndirilməsi, beynəlxalq tanıtım və təşviqat fəaliyyətlərinin intensivləşdirilməsi, eləcə də vahid və dayanıqlı əməkdaşlıq modelinin təşviq edilməsindən ibarətdir. Tədbiri Azərbaycan səhiyyəsi, özəl tibb sektoru və turizm sənayesi arasında institusional əməkdaşlığın gücləndirilməsi, sağlamlıq turizmi üzrə yeni inkişaf mərhələsinin təşviqi və sektorlararası tərəfdaşlıq platformasının formalaşdırılması baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirən AHTTSA qeyd edib ki, təmsil etdiyi qurum 2013-cü ildən fəaliyyət göstərir. Bu müddət ərzində ölkə daxilində və beynəlxalq səviyyədə bir çox uğurlara imza atan assosiasiyanın fəaliyyətində hər zaman Azərbaycan sağlamlıq turizmi imkanlarının tanıdılması, bu məqsədlə ölkəyə gələn turistlərin sayının artmasına nail olmaq prioritet təşkil edib: “Turizm bir xidmət sahəsidir və hədəfi də birbaşa ölkənin tanıtımıdır. Ölkə Prezidentinin son çıxışlarındakı açıqlamaları göstərir ki, Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün müəyyən bir yol xəritəsi müəyyənləşib. Çünki ölkəmizin bu istiqamətdə çox geniş potensialı mövcuddur.

Bu gün memorandum imzaladığımız Özəl Tibb Müəssisələri Assosiasiyası 2023-cü ildən fəaliyyət göstərsə də, az vaxtda çox işlər görən bir qurumdur. Ona görə də biz güclərimizi birləşdirməklə, uzunmüddətli bir fəaliyyət planı üzrə Azərbaycanda sağlamlıq turizminin təşviqi və təbliği istiqamətində çalışmaq qərarına gəldik. Düşünürəm ki, hər şey planlaşdırdığımız kimi olacaq və Azərbaycanı dünyada sağlamlıq turizmi destinasiyası kimi tanıtdırmağı bacaracağıq”.

Özəl Tibb Müəssisələri Assosiasiyası İdarə Heyətinin sədri Günel Əliyeva bildirib ki, beynəlxalq arenada ölkənin səhiyyə xidmətini tanıtmaq bir vəzifə və məsuliyyətdir. Hər hansı bir qeyri-peşəkar təqdimat Azərbaycanın nüfuzuna zərbə olar: “Bizim əsas məqsədimiz özəl tibb sektorunun inkişafına dəstək olmaqla, ölkədə əhaliyə göstərilən tibbi xidmətin yüksək keyfiyyətə və müasir dünya standartlarına uyğun olmasına nail olmaq, üzvlərimizin hüquq və qanuni maraqlarının qorunmasına, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmlənməsinə çalışmaqdır. Eyni zamanda Azərbaycanda tibbi xidmətin keyfiyyətinin yüksək olması və qiymətlərin digər ölkələrlə müqayisədə çox daha uyğun olması əcnəbi pasiyentlərin cəlb olunmasına zəmin yaradır. Bu sahədə birgə çalışmaqla, tibbi turizmin inkişafına töhfə verə bilərik”.

Milli Məclisin üzvləri İlham Məmmədov, Müşfiq Məmmədli, “Skal İnternational Baku”nun rəhbəri Ceyhun Aşurov, Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov, “Turan” Qastroturizm Akademiyası MMC-nin icraçı direktoru Doğan Tomris, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədr müavini Əhməd Qurbanov çıxış edərək, məramı və məqsədi tibbi turizmin inkişafına xidmət edən iki ictimai birlik arasında qurulan əməkdaşlığı yüksək dəyərləndiriblər. Bildirilib ki, imzalanmış memorandum Azərbaycanda sağlamlıq turizmi ekosisteminin möhkəmləndirilməsinə, özəl tibb müəssisələrinin beynəlxalq platformalarda daha fəal təmsil olunmasına, vahid milli sağlamlıq turizmi yanaşmasının təşviqinə və ölkənin bu sahədə rəqabət üstünlüklərinin daha geniş miqyasda tanıdılmasına mühüm töhfə verəcək.

Tədbirdə o da qeyd olunub ki, tərəflər arasında əməkdaşlıq xüsusilə sağlamlıq turizminin sistemli inkişafı, beynəlxalq tanıtım və təşviqat fəaliyyətlərinin gücləndirilməsi, birgə tədbir, layihə və təşəbbüslərin həyata keçirilməsi, tibb müəssisələri və tərəfdaş təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsini əhatə edəcək. Daha sonra sənəd Ö.T.M.A. sədri Günel Əliyeva və AHTTSA sədri Ruslan Quliyev tərəfindən rəsmi şəkildə imzalanıb.

Tədbir çərçivəsində AzHealth Tourism rəqəmsal sağlamlıq turizmi portalının təqdimatı da baş tutub. Portalın direktoru Elnarə Cabbarova çıxışı zamanı sağlamlıq turizmi ekosisteminin vahid rəqəmsal platformada birləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Healthtourism.az etibarlı tibbi xidmətlər, şəffaf informasiya, beynəlxalq pasiyent yönləndirilməsi və rahat səyahət dəstəyini bir araya gətirən çevik rəqəmsal vitrin və əməliyyat platforması kimi ölkənin sağlamlıq turizmi potensialının beynəlxalq səviyyədə təqdimatında mühüm rol oynayacaq.

image-img-20260411-wa0092 image-img-20260411-wa0090 image-img-20260411-wa0088 image-img-20260411-wa0086 image-img-20260411-wa0084 image-img-20260411-wa0082 image-img-20260411-wa0080 image-img-20260411-wa0078 image-img-20260411-wa0076 image-img-20260411-wa0074 image-img-20260411-wa0072 image-img-20260411-wa0070 image-img-20260411-wa0096 image-img-20260411-wa0068 image-img-20260411-wa0094 image-img-20260411-wa0092

Bənzər Xəbərlər

Cəmiyyət

Seysmoloqdan XƏBƏRDARLIQ: Azərbaycanda güclü təkanlar ola BİLƏR

Aprel 13, 2026
Cəmiyyət

Veteranlarla BAĞLI MÜHÜM XƏBƏR

Aprel 13, 2026
Cəmiyyət

Maliyyə Nazirliyində YENİ TƏYİNATLAR

Aprel 13, 2026
Cəmiyyət

Bəzi dövlət qulluqçuları üçün yeni etik davranış qaydaları tətbiq ediləcək

Aprel 13, 2026
Cəmiyyət

Rayonlar üzrə pensiyalar bu tarixdə ödəniləcək

Aprel 13, 2026
Cəmiyyət

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Aprel 13, 2026

XƏBƏR LENTİ

Netanyahu yeni xəritə yaydı – Bu dövlətləri “qara siyahı”ya saldı

13 Aprel, 26 / 16:13

Seysmoloqdan XƏBƏRDARLIQ: Azərbaycanda güclü təkanlar ola BİLƏR

13 Aprel, 26 / 15:59

Veteranlarla BAĞLI MÜHÜM XƏBƏR

13 Aprel, 26 / 15:45

Maliyyə Nazirliyində YENİ TƏYİNATLAR

13 Aprel, 26 / 15:30

Bəzi dövlət qulluqçuları üçün yeni etik davranış qaydaları tətbiq ediləcək

13 Aprel, 26 / 15:15

Rayonlar üzrə pensiyalar bu tarixdə ödəniləcək

13 Aprel, 26 / 15:02

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

13 Aprel, 26 / 14:48

Türkiyəyə istirahətə daha sərfəli qiymətə necə getmək olar?  – FOTOLAR

13 Aprel, 26 / 14:44

Parisdən Vaşinqtona “yox” – Fransa Hörmüz boğazında ABŞ-ın hərbi planına qoşulmur

13 Aprel, 26 / 14:34

Kart ödənişlərində yeni QAYDA: Komissiyalara limit qoyulur?

13 Aprel, 26 / 14:20
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.