• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.9° Weather Columbus
$
1.7
€
1.9867
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Azərbaycanın avtomobil bazarında paradoks: Bahalaşma qaçılmazdır

11 Aprel, 26 / 18:14
A A

Cari ilin əvvəlində hibrid və elektrik mühərrikli avtomobillər üçün tətbiq edilən vergi güzəştlərinin ləğvi yerli avtomobil bazarında ciddi ajiotajla qarşılanmışdı. İlkin ehtimallara və ekspert proqnozlarına görə, qanunvericilikdəki bu dəyişikliyin ardınca ölkəyə idxal olunan, xüsusilə də son illər yollarımızda kütləviləşən Çin istehsalı avtomobillərin qiymətində ən azı 20 faizlik artım gözlənilirdi.

Lakin geridə qalan aylar tamamilə fərqli və gözlənilməz bir iqtisadi mənzərəni ortaya çıxarıb. Real bazarda nəinki proqnozlaşdırılan bahalaşma qeydə alınmayıb, əksinə, iqtisadi məntiqlə ziddiyyət təşkil edən bir tendensiya formalaşıb. Müşahidələr göstərir ki, hazırda ən çox tələb görən populyar Çin avtomobilləri ötən ilin sonundakı rəqəmlərlə müqayisədə 1000-2000 manat daha aşağı qiymətə təklif edilir. Bəs gözləntiləri alt-üst edən bu vəziyyətin əsl səbəbi nədir?

“Ölkəyə kifayət qədər avtomobil gətirilib”

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyevin sözlərinə görə, qiymətlərin artmamasına səbəb bazardakı bolluqdur: “Son iki ildə ölkəyə paralel idxal vasitəsilə yəni rəsmi diler olmayan fərdi şəxslər və kiçik salonlar tərəfindən kifayət qədər avtomobil gətirilib. Ötən il isə bu proses pik həddə çatdı. Vəziyyət o yerə gəlib çatdı ki, peşəsindən asılı olmayaraq hər kəs avtomobil idxal etdi. Hibrid avtomobillər üçün tətbiq edilən güzəşt müddətinin başa çatacağı ilə bağlı müvafiq qərar qəbul edildikdən sonra bazarda kütləvi ajiotaj yarandı. Növbəti ilin rüsumlarından azad olmaq və nəqliyyat vasitələrini ölkəyə güzəştli şərtlərlə daxil etmək məqsədilə insanlar tələsik avtomobil gətirməyə başladılar. Bu zaman gömrük rəsmiləşdirilməsi müxtəlif şəxslərin adlarına həyata keçirilirdi. Prosesə həmçinin xüsusi investorlar cəlb edərək ölkəyə kütləvi şəkildə avtomobil idxal edən şəxslər də qoşulmuşdu. Avtomobil biznesi ilə məşğul olan bir şəxs müxtəlif miqdarda 100 min, 200 min və ya 300 min manat həcmində sərmayə yatıran investorları cəlb edir və idxal prosesini mərkəzləşdirilmiş şəkildə təşkil edirdi”.

Tələbi üstələyən təklif bolluğu

E.Əliyev bildirdi ki, nəticə etibarilə, bazarda tələbi kəskin şəkildə üstələyən təklif bolluğu formalaşdı. Bu vəziyyətin fonunda isə avtomobillərin satışı səngidi: “Əvvəllər gətirilən maşını üç gün ərzində satıb mənfəət əldə etməyə öyrəşən investorlar gözlənilməz mənzərə ilə üzləşdilər. Yanvar ayında satışlar azaldı, fevralda demək olar ki, dayandı, mart ayından etibarən isə avtomobillərin bazar dəyəri kəskin şəkildə düşməyə başladı. Qiymətlərin enməsi investorları təşvişə saldı. Yatırdıqları sərmayəni geri götürüb bazardan çıxmaq və ya gələcəkdə daha ehtiyatlı addımlar atmaq istəyən investorlar satıcıları tələsdirməyə, maşınları hətta “maya dəyərinə” satmağı tələb etməyə başladılar. Nəticədə vəsaitləri qaytarmaq məcburiyyətində qalan satıcılar çətin vəziyyətə düşdülər. Çıxış yolu kimi heç bir gəlir əldə etmədən avtomobilləri təcili satmağa başladılar”.

“Ucuzlaşma tendensiyası aradan qalxacaq”

Sədrin fikrincə, bu tendensiya müvəqqəti xarakter daşıyır: “Hazırda bəzi nəqliyyat vasitələri hətta ötənilki qiymətlərdən də aşağı dəyərə təklif olunur ki, bu da bazarda unikal bir durğunluq mənzərəsi yaradıb. Ehtimal olunur ki, hazırkı avtomobil ehtiyatları tükəndikdən və ölkəyə yeni, rüsumla rəsmiləşdirilmiş partiyalar daxil olduqdan sonra qiymətlər yenidən tənzimlənəcək”.

İstehsalçılara və yerli istehlakçılara güzəşt

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Emin Qəribli də düşünür ki, ötən il vergi dəyişikliklərinin tətbiq ediləcəyini əvvəlcədən bilən idxalçılar kütləvi şəkildə avtomobil alaraq anbarlarda böyük ehtiyatlar formalaşdırdılar. Məhz bu səbəbdən cari ildə bazarda dinamika və tələbat olsa da, qiymətlərdə artım müşahidə edilmir: “Çünki mövcud stoklar hesabına təklif tələbi xeyli üstələyir. Digər mühüm amil isə avtomobillərin fiziki şəxslər tərəfindən idxal edilməsidir. Bu qəbildən olan şəxslər üçün əlavə dəyər vergisinin (ƏDV) nəzərdə tutulmaması onlara nəqliyyat vasitələrini daha rahat və rəqabətədavamlı qiymətlərlə satmağa imkan yaradır”.

E.Qəribli bildirdi ki, gələcək qiymət dinamikasını birmənalı şəkildə proqnozlaşdırmaq çətindir. Bu, bir neçə qlobal faktordan asılıdır: “Hazırda dünyada alternativ enerji mənbələri ilə çalışan avtomobillərə qlobal bir keçid trendi var. Bu tələbata uyğun olaraq istehsal həcmi, xüsusən də Çin şirkətlərinin bazardakı payı artır. Çin hökuməti həm istehsalçılara, həm də yerli istehlakçılara müxtəlif vergi güzəştləri və subsidiyalar tətbiq edir. Ölkəmizə gətirilən avtomobillərin müəyyən bir qismi də məhz həmin yerli istehlakçılara yönəlmiş güzəştli maşınlar hesabına formalaşır”.

İqtisadçının fikrincə, əgər bu təchizat zəncirində hər hansı qırılma baş verərsə, qiymətlərin bahalaşması qaçılmaz olacaq: “Qiymət artımını şərtləndirə biləcək əsas risk faktorlarına Azərbaycanda vergi dərəcələrinin ehtimal olunan artımı, dünyadakı geosiyasi münaqişələr fonunda logistika və nəqliyyat xərclərinin yüksəlməsi, eləcə də Çin hökumətinin subsidiyaları azaltması daxildir”. (“Kaspi” qəzeti)

Bənzər Xəbərlər

İqtisadiyyat

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Aprel 13, 2026
İqtisadiyyat

Daşınmaz əmlak şirkətlərinə verilən kreditlərin həcmi kəskin azalıb

Aprel 11, 2026
İqtisadiyyat

Maaşlar artıq belə ÖDƏNİLƏCƏK

Aprel 10, 2026
İqtisadiyyat

Maaşınızdan hər ay bu qədər pul KƏSİLƏCƏK

Aprel 10, 2026
İqtisadiyyat

Bu şəxslərə MÜJDƏ: Pullarını dövlət ödəyəcək - Qərar verildi

Aprel 10, 2026
İqtisadiyyat

Qızıl və gümüşdə enmə

Aprel 10, 2026

XƏBƏR LENTİ

Seysmoloqdan XƏBƏRDARLIQ: Azərbaycanda güclü təkanlar ola BİLƏR

13 Aprel, 26 / 15:59

Veteranlarla BAĞLI MÜHÜM XƏBƏR

13 Aprel, 26 / 15:45

Maliyyə Nazirliyində YENİ TƏYİNATLAR

13 Aprel, 26 / 15:30

Bəzi dövlət qulluqçuları üçün yeni etik davranış qaydaları tətbiq ediləcək

13 Aprel, 26 / 15:15

Rayonlar üzrə pensiyalar bu tarixdə ödəniləcək

13 Aprel, 26 / 15:02

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

13 Aprel, 26 / 14:48

Türkiyəyə istirahətə daha sərfəli qiymətə necə getmək olar?  – FOTOLAR

13 Aprel, 26 / 14:44

Parisdən Vaşinqtona “yox” – Fransa Hörmüz boğazında ABŞ-ın hərbi planına qoşulmur

13 Aprel, 26 / 14:34

Kart ödənişlərində yeni QAYDA: Komissiyalara limit qoyulur?

13 Aprel, 26 / 14:20

Aprel döyüşlərində qardaşına söz verdi: Şuşada özü də şəhid oldu -VİDEO

13 Aprel, 26 / 14:08
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.