Son dəqiqə
Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO
Reklam
Reklam

Bakıda avtomobil sürücüsü ilə birgə yandı

Hadisə

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində minik avtomobili yanması ilə bağlı rəsmi məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Cagdas.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisinidə, Binə-Sədərək yolunda avtomobil yanması barədə məlumat daxil olub.

“Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “Dongfeng Aeolus E 70″ markalı minik avtomobilinin yanar hissələri yanıb. Avtomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub”, – deyə qurumdan bildirilib.