• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.7° Weather Columbus
$
1.7
€
2.003
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Banklardan SOYĞUNÇULUQ – Faizlər görün neçə dəfə ARTIB

18 Aprel, 26 / 9:59
A A

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan bank sektorunda kredit və əmanət (depozit) portfellərinin maraqlı dinamikası müşahidə olunur. Ümumi mənzərə göstərir ki, kreditlərin həcmi artmaqda davam etsə də, artım tempi zəifləyib. Əmanətlərdə isə əksinə, artım tempi müəyyən dərəcədə yüksəlib.

Mərkəzi Bankının yanvar-fevral aylarına dair açıqladığı bülletendə qeyd olunur ki, bu ilin ilk iki ayında banklar kredit faizlərindən 714,8 milyon manat gəlir əldə ediblər. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artıb. Eyni zamanda, əhaliyə depozit faizləri üzrə 235 milyon manat ödənilib ki, bu da ötən illə müqayisədə 19 faiz çoxdur.

Bankların ötən ilin eyni dövrü ilə müqayisədə kredit faizləri üzrə gəlirləri 121,4 milyon manat artdığı halda, əmanətlər üzrə ödədiklərin faiz xərcləri cəmi 37,4 milyon manat artıb. Nəticədə bankların kreditlərdən əldə etdikləri gəlirlər əmanətlər üzrə əhaliyə ödədikləri məbləğdən təxminən 3 dəfə çox olub.

İqtisadçı Rəşad Həsənov mövcud göstəricilərin ortaya çıxmasını şərtləndirən müxtəlif faktorları nəzərdən keçirməkdə fayda olduğunu düşünür.
Çağdaş.Az-ın məlumatına görə, Musavat.com-a şərhində iqtisadçı bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il əmanət faizlərində enmə müşahidə olunur: “Bu proses 2024-cü ilin sonlarında başladı, 2025-ci ilin birinci yarısında da yüksək faizlər qeydə alındı. Sistem əhəmiyyətli bankların yüksək faizlər təklif etməsi faiz xərclərini artıran əsas faktorlardan biri idi. Lakin bu il biz əmanət faizlərində qismən azalma müşahidə edirik. Bu da ümumi bankların faiz xərclərinə təsir göstərən amillərdən biri kimi qiymətləndirilə bilər.

Eyni zamanda, kreditlərin strukturu məsələsi faiz gəlirlərinə təsir göstərən amillərdən biridir. Çünki kreditlərin strukturunda daşınmaz əmlak kreditlərinin həcminin aşağı düşməsi, digər istehlak kreditlərinin həcminin artması faiz gəlirlərinə təsir göstərə bilir. Statistik məlumatlara baxanda görürük ki, daşınmaz əmlak portfelinin həcmində azalma müşahidə olunur. Bu portfel daha az faiz gəliri formalaşdırır. Digər istehlak kreditlərində isə artımlar müşahidə olunur. Kapitalın formalaşması mənbələrinin də öz rolu var. Banklar xarici, eyni zamanda yerli mənbələrdən daha aşağı xərcli kapital cəlb etməklə bu istiqamətdəki xərcləri nisbətən optimallaşdıra bilirlər. Maliyyə Nazirliyi tərəfindən yerləşdirilən vəsaitlərin müəyyən təsirini də qeyd etmək lazımdır. Nazirlik vəsaitləri daha aşağı faizlərlə bazarda yerləşdirəndə təbii ki, ümumi vəsaitlərin cəlb edilməsinə sərf etdiyi xərclərdən qənaət edə bilir. Bu da bu istiqamətdəki xərc səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır”.

İqtisadçı vurğulayıb ki, kapitalın mənbəyi birmənalı şəkildə əmanət və depozitlərdən formalaşırsa və faizlərdə artım meylləri varsa, bu zaman pozitiv korrelyasiya formalaşması imkanı var: “Digər məsələ yığımlarla əlaqəlidir. Daha riskli kreditlərin verilməsi halında yığım faizləri daha yüksək olur. Son dövrlərdə Mərkəzi Bankın bu istiqamətdəki tədbirləri nəticəsində banklar tərəfindən daha az riskli kreditlərə meyllənmə müşahidə edirik. Bu da nəzərəçarpan fərqlərin yaranmasına gətirib çıxaran faktor kimi nəzərdən keçirilməlidir”.

Bənzər Xəbərlər

İqtisadiyyat

Almatı sərgisində Azərbaycan stendi böyük maraq doğurdu – yeni əməkdaşlıqlar quruldu / FOTO

Aprel 18, 2026
İqtisadiyyat

Kartla ödəniş edənlərə PİS XƏBƏR – VİDEO

Aprel 18, 2026
İqtisadiyyat

Pensiya haqda narahatedici proqnoz verildi – dövlət hərəkət keçir?

Aprel 18, 2026
İqtisadiyyat

Dövlət satınalmaları portalında mühüm yeniliklər olub

Aprel 17, 2026
İqtisadiyyat

Bakı və 6 rayonun sakinlərinə xoş xəbər – Qiymət açıqlandı, vaxt qısaldı

Aprel 17, 2026
İqtisadiyyat

Marketə girəndə diqqətli olun! Sizi aldada bilərlər

Aprel 17, 2026

XƏBƏR LENTİ

Almatı sərgisində Azərbaycan stendi böyük maraq doğurdu – yeni əməkdaşlıqlar quruldu / FOTO

18 Aprel, 26 / 18:14

Türkiyənin yeni qorxunc silahı – Azərbaycan da ona sahib olacaq?

18 Aprel, 26 / 10:56

Kartla ödəniş edənlərə PİS XƏBƏR – VİDEO

18 Aprel, 26 / 10:25

Banklardan SOYĞUNÇULUQ – Faizlər görün neçə dəfə ARTIB

18 Aprel, 26 / 9:59

Pensiya haqda narahatedici proqnoz verildi – dövlət hərəkət keçir?

18 Aprel, 26 / 9:33

Birinci xanımlar Antalya Forumununda – FOTO

18 Aprel, 26 / 9:03

Mehriban Əliyeva Antalya Forumundan görüntülər paylaşdı – VİDEO

18 Aprel, 26 / 9:00

Duzu şokoladın üstünə töküb yeyin – TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

18 Aprel, 26 / 3:32

8 həftədə ürəyinizi qoruyun – Sadəcə bu meyvələri yeyin

18 Aprel, 26 / 2:48

Gülləri uzun müddət necə saxlamaq olar?

18 Aprel, 26 / 1:10
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.