• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.8° Weather Columbus
$
1.7
€
2.003
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Dövlət satınalmaları portalında mühüm yeniliklər olub

17 Aprel, 26 / 21:22
A A

Dövlət satınalmaları sahəsində hesabatlılığın artırılması, proseslərin sadələşdirilməsi və rəqəmsallaşdırmanın genişləndirilməsi məqsədilə “Etender.gov.az” portalında bir sıra mühüm yeniliklər tətbiq edilib.

“Çağdaş.Az” bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, əsas yeniliklərdən biri elektron müqavilə şərtlərinin formalaşdırılması ilə bağlıdır. Belə ki, artıq satınalma prosesinin başlanğıc mərhələsində elektron müqavilə şərtləri birbaşa sistem üzərindən formalaşdırılır. Bu, hüquqi və texniki şərtlərin daha dəqiq müəyyən edilməsinə imkan yaradır.

Müqavilələrin elektron imzalanmasının təşkili məqsədilə dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) ilə Maliyyə Nazirliyinin Rəqəmsal dövlət maliyyəsi sisteminin “e-müqavilə” altsistemi (https://rdmis.gov.az/) arasında inteqrasiya həyata keçirilib. İnteqrasiyaya əsasən, yekunlaşmış satınalmalar üzrə müqavilə, təklif barədə məlumatlar nazirliyin sisteminə ötürülür və müqavilələrin imzalanması “e-müqavilə” altsistemi üzərindən həyata keçirilir. Bununla da müqavilələrin icrasına nəzarət mexanizmi optimallaşdırılır. Müqavilə barədə məlumatlar isə müqavilə imzalandıqdan sonra Dövlət satınalmalarının vahid internet portalına ötürülür.

Təchizatçı tərəfindən aksept məlumatları, bank hesabı, imza səlahiyyətli şəxs və bildiriş ünvanları “etender.gov.az” vasitəsilə əldə edilir və saxlanılır. Müqavilənin imzalanma mərhələsində bu məlumatlar avtomatik olaraq “e-müqavilə” altsisteminə ötürülür.

Portalda aparılmış təkmilləşdirmələrə əsasən, satınalan təşkilatlar satınalma predmetlərinin adını, miqdarını və ölçü vahidini ayrıca müəyyən edir, təchizatçılar isə müvafiq olaraq mənşə ölkəsi, marka, model və digər zəruri məlumatları daxil edirlər. Bu məlumatlar sonradan müqavilənin ayrılmaz hissəsinə çevrilir və dəyişdirilə bilmir.

Bununla yanaşı, şərtlər toplusu təsdiqləndikdən sonra müqavilənin ümumi şərtləri sistem tərəfindən avtomatik formalaşdırılır və satınalmanın tərkib hissəsi kimi təqdim olunur. Aksept prosesi ilə bağlı tətbiq edilmiş yenilik isə müvafiq bildirişlərin sistem tərəfindən avtomatik generasiya edilərək qalib təchizatçıya göndərilməsini təmin edir.

Portalda tətbiq edilən növbəti funksionallıq nəzarət orqanı tərəfindən məlumat və tövsiyə xarakterli rəsmi bildirişlərin göndərilməsi ilə bağlıdır. Bu mexanizm vasitəsilə satınalma prosesinin bütün iştirakçılarına bildirişlər (aid olduğu satınalma konkret göstərilməklə) mərkəzləşdirilmiş qaydada və operativ şəkildə çatdırılır. Eyni zamanda, istifadəçilərin bu bildirişlərlə tanış olmadan sistemdə fəaliyyətini davam etdirməsi məhdudlaşdırılır ki, bu da vacib məlumatların diqqətdən kənarda qalmasının qarşısını alır və prosesdə intizamı gücləndirir.

Ümumilikdə isə tətbiq edilən bütün yeniliklər dövlət satınalmalarında hesabatlılığın artırılmasına, rəqabət mühitinin gücləndirilməsinə və proseslərin daha səmərəli təşkilinə mühüm töhfə verir.

Bənzər Xəbərlər

İqtisadiyyat

Bakı və 6 rayonun sakinlərinə xoş xəbər – Qiymət açıqlandı, vaxt qısaldı

Aprel 17, 2026
İqtisadiyyat

Marketə girəndə diqqətli olun! Sizi aldada bilərlər

Aprel 17, 2026
İqtisadiyyat

Qızıl və gümüş bahalaşdı

Aprel 17, 2026
İqtisadiyyat

Bazarda rekord AZALMA – Neft sürətlə ucuzlaşır

Aprel 17, 2026
İqtisadiyyat

Bu valyutalar ucuzlaşdı

Aprel 17, 2026
İqtisadiyyat

Mənzil bazarında bahalaşma səngiyir - Durğunluq ola bilər

Aprel 16, 2026

XƏBƏR LENTİ

Quşlar kosmosa istilik yayır – TƏDQİQAT

17 Aprel, 26 / 23:11

“Dünyanın ən çox təhqir olunan insanı mənəm”

17 Aprel, 26 / 22:57

Yeniyetmələrdə aqressivlik artır – Psixoloq səbəbləri AÇIQLADI

17 Aprel, 26 / 22:43

“Android”dən iOS-a keçid asanlaşdı

17 Aprel, 26 / 22:29

Yutubda artıq bu da mümkündür

17 Aprel, 26 / 22:12

DÇ-2026-da yenilik

17 Aprel, 26 / 21:54

Space TV-nin fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

17 Aprel, 26 / 21:38

Dövlət satınalmaları portalında mühüm yeniliklər olub

17 Aprel, 26 / 21:22

İrəvanda son savaş: Paşinyan üçün həlledici mərhələ

17 Aprel, 26 / 21:02

Hikmət Hacıyev: Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür

17 Aprel, 26 / 20:52
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.