• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
-20.1° Weather Columbus
$
1.7
€
2.0166
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Dünya təhlükəli mərhələdə: Nüvə silahı olan ölkələrin sayı ARTA BİLƏR

31 Yanvar, 26 / 9:49
A A

“Qlobal qeyri-sabitlik ölkələri öz müdafiələri haqqında daha çox düşünməyə sövq edir. Bu, çox güman ki, nüvə dövlətlərinin sayının artmasına səbəb olacaq”.

Cagdas.az “Musavat”a istinadla xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev “Kommersant” qəzetinə verdiyi müsahibədə bildirib.

2004-2008-ci illərdə Rusiya Federasiyasının prezidenti olmuş Medvedyev qlobal nizamda yaranan çatlaqları bir sıra ölkələri özlərini ən effektiv şəkildə necə müdafiə edəcəklərini düşünməyə sövq edəcəyini qeyd edərək deyib: “Bəzi ölkələrin öz müdafiələri üçün ən optimal variantın nüvə silahı əldə etmək olduğuna qərar verməsi mümkündür”.

“İnanıram ki, “nüvə klubu” ətrafındakı bütün narazılıqlara baxmayaraq, gələcəkdə genişlənməyə davam edəcək”, – deyə RF Təhlükəsizlik Şurasının sədr müavini yekunlaşdırıb.

Qeyd edək ki, hazırda “nüvə klubu”nun 9 üzvü var. Bunlar aşağıdakı dövlətlərdir: ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Hindistan, Pakistan, Şimali Koreya və İsrail. Sonuncu dövlət nüvə silahına malik olduğunu etiraf etmir. İranın bu kluba üzv olmaq üçün çalışması isə beynəlxalq gərginlik predmetidir.

Bəs hansı dövlətlərin “kluba” üzv olmaq ehtimalı var? Pakistandan sonra qardaş Türkiyə də o sırada varmı?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Dmitri Medvedyevin nüvə dövlətlərinin sayının artacağı ilə bağlı fikirləri təkcə siyasi ritorika deyil, mövcud beynəlxalq reallığın məntiqi nəticəsidir:

“Qlobal qeyri-sabitliyin artması, beynəlxalq hüququn selektiv tətbiqi və böyük güclərin təhlükəsizlik zəmanətlərinin etibarlılığının zəifləməsi bir çox ölkəni öz müdafiə mexanizmlərini yenidən düşünməyə vadar edir. Bu səbəbdən də nüvə klubu üzvlərinin siyahının genişlənməsi ehtimalı artıq açıq şəkildə müzakirə olunur. Xüsusilə, Ukrayna müharibəsi bir çox ölkələr üçün ciddi dərs oldu deyə bilərik. Ölkələr başa düşür ki, beynəlxalq memorandumlar və siyasi təminatlar real təhlükə qarşısında yetərsiz qala bilər. Bu isə nüvə silahını son və ən effektiv çəkindirici vasitə kimi yenidən gündəmə gətirir”.

Onun fikrincə, prinsip etibarilə potensial namizədlər arasında İranı da qeyd etmək mümkündür:

“Çünki İran texniki baxımdan artıq nüvə astanasında olan dövlət hesab olunur. Amma 12 günlük müharibə zamanı İranın nüvə istehsalı obyektlərinə vurulan zərbələr onların qısa müddətdə silaha sahib olma imkanlarını xeyli məhdudlaşdırıb. İndi də hərbi zərbə riski, sanksiyalar və regional eskalasiya ehtimalı İranı ehtiyatlı davranmağa məcbur edir. Buna baxmayaraq, İranın bu istiqamətdəki səyləri beynəlxalq gərginliyin əsas mənbələrindən biri olaraq qalır. Asiyada isə Cənubi Koreya və Yaponiya xüsusi diqqət çəkir. Hər iki ölkə nüvə texnologiyası, sənaye və elmi baza baxımından tam hazır vəziyyətdədir. Şimali Koreya faktoru, eləcə də ABŞ təhlükəsizlik zəmanətlərinə olan etimadın azalması bu ölkələrdə nüvə silahı ilə bağlı daxili müzakirələri gücləndirir. Siyasi qərar verildiyi halda, bu dövlətlərin nüvə klubuna daxil olması texniki baxımdan ən sürətli proseslərdən biri ola bilər”.

Mütəxəssis deyib ki, Yaxın Şərqdə isə Səudiyyə Ərəbistanı potensial namizəd kimi önə çıxır:

“Səudiyyə açıq şəkildə bəyan edib ki, İran nüvə silahı əldə edərsə, bu addımı cavabsız qoymayacaq. Pakistanla mümkün əməkdaşlıq ehtimalları da bu ehtimalı gücləndirən amillər sırasındadır”.

Türkiyəyə gəldikdə isə politoloq hesab edir ki, Türkiyə ilə bağlı məsələ daha incədir. Türkiyə hazırda nüvə silahı əldə etməyə yönəlmiş açıq siyasət yürütmür:

“Lakin inkişaf etmiş müdafiə sənayesi, raket texnologiyaları və nüvə energetikası sahəsində atılan addımlar ona orta və uzunmüddətli perspektivdə potensial imkanlar yaradır. Buna baxmayaraq, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə götürülmüş öhdəliklər, NATO üzvlüyü və mümkün siyasi-iqtisadi nəticələr Ankaranın bu məsələdə ehtiyatlı davranmasına səbəb olur”.

Y.Bağırzadə sonda vurğulayıb ki, nüvə klubunun genişlənməsi ehtimalı prinsipcə realdır və bu proses ideoloji ambisiyalardan çox, təhlükəsizlik boşluğunun məhsuludur.

Bənzər Xəbərlər

Manşet

Naxçıvanda idarəçilik sistemi yenilənir – Konstitusiya dəyişir

Fevral 2, 2026
Cəmiyyət

Müavinətlərin hesablanması dəyişdi – YENİ QƏRAR

Fevral 2, 2026
İqtisadiyyat

Azərbaycanda vergi və gömrük sahəsində güzəştlərlə bağlı yeni QƏRAR

Fevral 2, 2026
Cəmiyyət

İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib

Fevral 2, 2026
Cəmiyyət

İlham Əliyev: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik"

Fevral 2, 2026
Cəmiyyət

Mehriban Əliyevadan Gənclər Günü ilə bağlı paylaşım – FOTO

Fevral 2, 2026

XƏBƏR LENTİ

Deputatdan pensiyalarla bağlı şad xəbər

02 Fevral, 26 / 12:18

Naxçıvanda idarəçilik sistemi yenilənir – Konstitusiya dəyişir

02 Fevral, 26 / 12:00

Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"

02 Fevral, 26 / 11:38

Müşfiq Ötgün: "Qadın kişidən bir pillə öndə olsa, onu yarı yolda atacaq"

02 Fevral, 26 / 11:24

Müavinətlərin hesablanması dəyişdi – YENİ QƏRAR

02 Fevral, 26 / 11:11

Diqqət: Xaricdən telefon gətirənlər üçün qaydalar dəyişdi

02 Fevral, 26 / 10:52

Azərbaycanda vergi və gömrük sahəsində güzəştlərlə bağlı yeni QƏRAR

02 Fevral, 26 / 10:37

İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib

02 Fevral, 26 / 10:23

"Gənc həmkarlarla inkişafa doğru" tədbiri keçirilib

02 Fevral, 26 / 10:10

"Bitcoin"in qiyməti son 10 ayda ilk dəfə 75 min dollardan aşağı düşdü

02 Fevral, 26 / 9:58
Cagdas.az

“Çağdaş” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i; 0701731092

Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə; 050-858-20-30

chagdas.az@gmail.com

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU VÖEN-i; 0701731092 Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5 Əlaqə; 050-858-20-30 chagdas.az@gmail.com
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.