Titullu idmançılarımızın bir sıra qurumlarda vəzifə tutması hər kəsə məlumdur.
Bu dəfət təqdim edəcəyimiz mövzu dünya çempionu olan komandir müavini ilə bağlıdır.
Cagdas.az xəbər verir ki,Azərbaycan RespublikasıI Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xidmət edən ədliyyə kapitanı Arzuman Qədimov idman sahəsində qazandığı möhtəşəm uğurlarla ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir.

12 fevral 1990-cı ildə anadan olan, əslən Zəngilan rayonundan olan Arzuman Qədimov hazırda Penitensiar Xidmətin Mühafizə Alayının xüsusi təyinatlı bölüyünün komandir müavini vəzifəsində xidmət edir.
O, Rusiyanın Anapa şəhərində kikboksinq üzrə keçirilmiş Dünya Çempionatında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb və dünya çempionu adını əldə edib.











