Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Emin Əmrullayev yayılan iddialara aydınlıq gətirdi: “Hazırda belə bir qərar yoxdur”

Cəmiyyət

Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinin dayandırılması ilə bağlı iddialara aydınlıq gətirilib.

Cagdas.az  xəbər verir ki, bu barədə Naxçıvanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, hazırda belə bir qərar yoxdur: “Azərbaycandakı mövcud qaydalara uyğun olaraq həm Naxçıvan Dövlət Universiteti, həm də Müəllimlər İnstitutu ali təhsil müəssisəsi kimi fəaliyyətlərini davam etdirirlər”.

Qeyd edək ki, son günlər Naxçıvan Müəllimlər İnstitutunun bağlanacağı, bundan sonra Muxtar Respublikada yalnız Naxçıvan Dövlət Universitetinin (NDU) fəaliyyət göstərəcəyi ilə bağlı iddialar yayılıb (APA)