Son dəqiqə
Azərbaycanın AQEM-ə sədrliyinin müddəti daha 2 il uzadılıb Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib – Prezident Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI
Reklam
Reklam

Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşdü

Manşet

Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

“Cagdas.az” xəbər verir ki, bu barədə Strateji Araşdırmalar Mərkəzinin “X”dəki hesabında bildirilib.

“Şuşada keçirilən Birinci Türkiyə-Azərbaycan Beyin Mərkəzləri Forumuna qatılan Türkiyə nümayəndə heyəti olaraq Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdük. Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının bütün aspektləri, eləcə də regional və qlobal hadisələr müzakirə edilib”, – Mərkəzin paylaşımında qeyd olunub./Report/