İlon Mask Macarıstanda keçirilən parlament seçkilərini şərh edərək bildirib ki, maliyyəçi Corc Sorosla əlaqəli təşkilat ölkədə hakimiyyəti ələ keçirib.
Çağdaş.Az xəbər verir ki, Mask bu fikirləri Sorosun oğlu Aleks Sorosun “Macar xalqı ölkəsini geri aldı” açıqlamasına cavab olaraq X sosial şəbəkəsində paylaşıb.
Aprelin 12-də keçirilən parlament seçkilərinin nəticələrinə görə, müxalif “Tisza” Partiyası Macarıstan Milli Assambleyasında (199 yerlik birpalatalı parlament) 138 mandat qazanıb.
Qeyd edək ki, Corc Soros ABŞ-li maliyyəçi, investor və xeyriyyəçidir. O, 1979-cu ildə təsis etdiyi Open Society Foundations (Soros Fondu kimi də tanınır) ilə geniş tanınır.
















