Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, qızıl və valyuta ehtiyatlarının idarə edilməsi sistemi təhlükə altında ola bilər, çünki Qərb istəsə onları sadəcə qanunsuz elan edib ələ keçirə bilər. Bu fikirləri o, 7-ci Ümum-Belarus Xalq Məclisinin iclasında xalqa və parlamentə müraciət edərkən səsləndirib.
“Dünyada trilyonlarla dollar dəyərində valyuta ehtiyatları — Çindən Birləşmiş Ərəb Əmirliklərinə qədər — sabah yararsız ola bilər, xüsusən də ABŞ-ın əvvəlki administrasiyasının həyata keçirdiyi siyasət nəzərə alınsa. Hazırkı administrasiya da bu siyasəti davam etdirir. Onlar hər hansı qızıl və valyuta ehtiyatına əl qoya bilərlər, onu qanunsuz elan edib sadəcə oğurlaya bilərlər”, — deyə Lukaşenko vurğulayıb.
O əlavə edib ki, Belarus hazırda rekord səviyyədə qızıl və valyuta ehtiyatlarına malikdir və beynəlxalq rezerv aktivlərinin idarə olunması strategiyasını yenidən nəzərdən keçirmək lazım olduğunu bildirib:
“Bizə Qərb sistemləri tərəfindən diktə edilən bu qədər ehtiyatı saxlamağa həqiqətən ehtiyac varmı?” — deyə çıxışını yekunlaşdırıb.










