Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Məhkəmə “Tolik”lə bağlı qərar verdi

Maqazin

Bir müddət əvvəl Tarix Əliyev (“Tolik”) barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdu. Şikayətçi olan məhbus ailəsi iddia edirdi ki, Tarix Əliyev “TikTok” sosial şəbəkəsində bütün məhbus ailələrinə qarşı nalayiq ifadələr işlədib.

Cagdas.az xəbər verir ki, məsələ Nərimanov Rayon Məhkəməsində araşdırılıb və müəyyən edilib ki, Tarix Əliyev paylaşımında bütün məhbus ailələrini nəzərdə tutmayıb. Həmçinin onun hərəkətlərində cinayət tərkibinin olmadığına görə şikayətin icraata qəbul edilməsindən imtina olunub.

Tarix Əliyevin vəkili Ramil Vəliyev açıqlamasında bildirib ki, xüsusi ittihamçı həmin qərardan apellyasiya şikayəti verib. Apellyasiya instansiyası şikayəti araşdıraraq əsas görmədiyi üçün Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. /patrul.az