Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Maşın nömrələri ilə bağlı DYP xəbərdarlıq etdi – DİQQƏT!

Cəmiyyət

Qeydiyyat nişanları barədə dələduzluq – DYP vətəndaşlara çağırış etdi

Sosial şəbəkələrdə və müxtəlif onlayn satış platformalarında avtomobillərin dövlət qeydiyyat nişanları bəzi işbazlar tərəfindən fantastik qiymətə satılır.

Cagdas.az   xəbər verir  ki,mövzu ilə bağlı ekspert Elməddin Muradlı xəbərdarlıq edib ki, nömrə sahibi dövlət qeydiyyat nişanını kiməsə verə və ya bağışlaya bilməz:

“Dövlət qeydiyyat nişanlarının satışı yalnız dövlətin səlahiyyətindədir. Kiminsə adına rəsmiləşdirilmiş nömrə varsa, onu yalnız öz adına avtomobili qeydiyyata saldırdığı zaman DYP-dən təhvil ala bilər”.

Baş Dövlət Yol Polisi İdarəsi də məsələ ilə bağlı açıqlama verib. Qurumun mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev bildirib ki, bu cür satış elanları qanunsuzdur:

“Dövlət qeydiyyat nişanlarının ayrıca satılması qanunsuzdur və dələduzluq əlaməti daşıyır. Bəzi internet resurslarında absurd məbləğlərə nömrə satışı ilə bağlı elanlar yerləşdirilir. Bu elanlar vasitəsilə vətəndaşların aldadılması, onlardan beh və müxtəlif ödənişlərin alınması faktları aşkarlanır. Araşdırmalar göstərir ki, satışa çıxarılan nömrələrin çoxu başqa şəxslərin adına rəsmiləşdirilib və sahibləri bundan xəbərsiz olur. Qanunvericiliyə görə, dövlət qeydiyyat nişanı ayrıca satıla bilməz. Nömrə yalnız avtomobillə birlikdə alıcıya təqdim edilə bilər”.