İqtisadiyyat naziri Mikayıl Cabbarov omanlı həmkarı Səid bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüşüb.
Cagdas.Az xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşım edib.
O qeyd edib ki, Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüş zamanı iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.
“Birgə fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan-Oman Birgə Biznes Şurasının yaradılması, ticarət, bərpaolunan və ənənəvi enerji, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini dəyərləndirdik”, – deyə paylaşımda qeyd olunub.










