Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində yeni kadr təyinat olub.
Çağdaş.Az xəbər verir ki, bu barədə bu barədə nazir Həsən İsmayılov müvafiq əmr imzalayıb.
Nazirin əmri ilə İman Yusifov nazirlikdə sektor müdiri – baş mühasib vəzifəsinə təyin olunub.
Qeyd edək ki, İ.Yusifov bu təyinatadək nazirlikdə baş məsləhətçi vəzifəsində çalışıb. Daha əvvəl isə Ali Məclisin “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində şöbə müdiri – baş mühasib vəzifəsində işləyib. İ. Yusifov 2014-2018-ci illərdə UNEC-də maliyyə ixtisası üzrə bakalavr təhsili alıb.


