• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
-17° Weather Columbus
$
1.7
€
2.0166
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Naxçıvanda idarəçilik sistemi yenilənir – Konstitusiya dəyişir

02 Fevral, 26 / 12:00
A A

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi Milli Məclisdə II səsvermədə qəbul edilib.

Cagdas.Az xəbər verir ki, layihəyə əsasən, Naxçıvan Konstitusiyasının Preambulası dəyişir, preambulanın birinci və ikinci abzasları ləğv edilir.

Mövcud qanunvericiliyə əsasən, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulub. Həmin müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilib.

Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.

Sənəddə qeyd olunur ki, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycanın 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində – referendumda qəbul edilən Konstitusiyası təşkil edir.

Bundan başqa, Naxçıvan Ali Məclisinin sədri Naxçıvanın ali vəzifəli şəxsi sayılmayacaq. Naxçıvan Konstitusiyanın 5-ci maddəsinə əsasən, muxtar respublikanın ali vəzifəli şəxsi Naxçıvanın Ali Məclisinin sədridir.

Layihədə isə 5-ci maddənin ləğv olunması təklif olunur.

Həmçinin Naxçıvan Ali Məclisinə seçkinin təyin edilməsi qaydasına dəyişiklik təklif olunur. Mövcud qanunvericiliyə görə, Naxçıvan Ali Məclisinin sədri muxtar respublika Ali Məclisinə seçkini təyin edir.

Lakin sənəddə vurğulanır ki, Ali Məclisə seçkini Naxçıvan Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti təyin edəcək.

Bildirilib ki, müharibə şəraitində hərbi əməliyyatların aparılması Naxçıvan Ali Məclisinə seçkinin keçirilməsini mümkün etmədikdə Ali Məclisin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar Naxçıvan Muxtar Respublikasında seçkinin hazırlanmasını və keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul ediləcək.

Layihədə Ali Məclisinin növbədənkənar sessiyasının çağırılması qaydası dəyişməsi ilə bağlı məsələ də əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə əsasən, Naxçıvan Ali Məclisi hər il iki növbəti sessiyaya yığılır. Ali Məclisin 31 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Ali Məclisin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

Ali Məclisin növbədənkənar sessiyaları Azərbaycan Prezidenti, Azərbaycan Milli Məclisi tərəfindən, Naxçıvan Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya öz təşəbbüsü ilə Naxçıvan Ali Məclisinin sədri tərəfindən çağırılır.

Sənəddə qeyd olunub ki, Ali Məclisə seçkidən sonra martın 10-dək onun 31 deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, ilk iclasının keçirilmə vaxtını Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi müəyyən edəcək.

Həmçinin bildirilib ki, Azərbaycan Prezidentinin və ya Milli Məclisinin təklifi ilə Ali Məclisin sessiyasının qapalı iclasının keçirilə biləcək.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavə edilməsi təklif olunan 28-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi 31 deputatın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən və ya Konstitusiyanın müvafiq maddələrində (26-cı maddənin II-V hissələri və 27-ci maddə) göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılacaq.

Layihəyə əsasən, növbədənkənar seçkidə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbəti seçki növbədənkənar seçkidə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçiriləcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 26-cı maddənin (Qanunvericilik təşəbbüsü hüququ) II-V hissələri aşağıdakılardır:

– Naxçıvan Muxtar Respublikası baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qanunvericilik təşəbbüsü qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verdiyi qanun və qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

– Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın razılığı ilə edilə bilər.

– Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının Naxçıvan Muxtar Respublikası baş nazirinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etdiyi qanun və qərar layihələri iki ay ərzində səsə qoyulur.

– Qanun və qərar layihəsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikasının baş naziri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən (Qanunların və qərarların imzalanması), qanunlar və qərarlar qəbul edildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən imzalanır. Təcili elan olunan qanun və qərar layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən qəbul edildiyi gündən 24 saat ərzində imzalanır.

Həmçinin Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti muxtar respublikanın Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.

Bundan başqa, sənədə əsasən, Azərbaycan Prezidentinin razılığı olmadan Naxçıvanda qurum yaratmaq olmayacaq.

Layihəyə əsasən, muxtar respublikanın dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində Azərbaycan Prezidentinin razılığı ilə mərkəzi icra hakimiyyəti orqanları yaradılacaq və ya ləğv olunacaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsinə dair tələblər dəyişir.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ali təhsilli hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər.

Mövcud qanuna görə, Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Ali Məclisin sədri seçilə bilər.

Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətləri artırılır.

Layihəyə əsasən, sədrə aşağıdakı səlahiyyətlər verilir:

– Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkinin təyin edilməsi üçün Azərbaycan Prezidentinə təkliflər verir;

– Naxçıvan Muxtar Respublikasının dövlət və ictimai siyasi həyatının mühüm məsələləri barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat verir;

– Naxçıvan Muxtar Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil edir;

– Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;

– Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

– Naxçıvan Muxtar Respublikasının dövlət təltifləri ilə təltif edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilmə haqqında Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub./Oxu.az/

Mərahim Nəsib

Bənzər Xəbərlər

Siyasət

Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"

Fevral 2, 2026
Cəmiyyət

Müavinətlərin hesablanması dəyişdi – YENİ QƏRAR

Fevral 2, 2026
İqtisadiyyat

Azərbaycanda vergi və gömrük sahəsində güzəştlərlə bağlı yeni QƏRAR

Fevral 2, 2026
Cəmiyyət

İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib

Fevral 2, 2026
Cəmiyyət

İlham Əliyev: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik"

Fevral 2, 2026
Cəmiyyət

Mehriban Əliyevadan Gənclər Günü ilə bağlı paylaşım – FOTO

Fevral 2, 2026

XƏBƏR LENTİ

Gənclik həyatın ən mühüm dönüş nöqtələrindən biridir

02 Fevral, 26 / 15:11

İctimai nəqliyyatda güzəştlər bu şəxslərə şamil ediləcək

02 Fevral, 26 / 14:22

Fevralda neçə gün evdəyik?

02 Fevral, 26 / 14:05

Bu qurumlarda ixtisarlar BAŞLADI – “200-dən çox insan…”

02 Fevral, 26 / 13:48

Qasım Məmmədovun yerinə o təyin edildi

02 Fevral, 26 / 13:31

Azərbaycanda süni intellekt sahəsində qurum yaradılır

02 Fevral, 26 / 13:13

Medvedevdən qorxunc açıqlama: Rusiya nüvə zərbəsinə hazırdır

02 Fevral, 26 / 12:54

Si Cinpindən qlobal bazarları silkələyəcək AÇIQLAMA

02 Fevral, 26 / 12:35

Deputatdan pensiyalarla bağlı şad xəbər

02 Fevral, 26 / 12:18

Naxçıvanda idarəçilik sistemi yenilənir – Konstitusiya dəyişir

02 Fevral, 26 / 12:00
Cagdas.az

“Çağdaş” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i; 0701731092

Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə; 050-858-20-30

chagdas.az@gmail.com

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU VÖEN-i; 0701731092 Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5 Əlaqə; 050-858-20-30 chagdas.az@gmail.com
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.