• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.5° Weather Columbus
$
1.7
€
1.9734
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Nüvə bəhanə imiş: Böyük plan işə düşüb

04 Mart, 26 / 13:16
A A

ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə bir sıra sualları gündəmə gətirib. İranda rejim dəyişikliyi olacaqmı? Hakimiyyət dəyişikliyi baş verərsə, ölkəyə kim rəhbərlik edəcək? Yeni iqtidar ABŞ və digər xarici güclərin dəstəyi ilə formalaşacaq, yoxsa bunu İran xalqı müəyyən edəcək?

Bununla yanaşı, hazırda cərəyan edən proseslərin regiona necə təsir göstərəcəyi də ciddi maraq doğurur.

Çağdaş.Az xəbər verir ki ,Güney azərbaycanlı araşdırmaçı-yazar Məhəmməd Rəhmanifər Publika.az-a açıqlamasında bildirdi ki, ABŞ-İsrail və İran arasında baş verən müharibə əslində gözlənilən idi.

Onun sözlərinə görə, əvvəlki 12 günlük qarşıdurma zamanı ABŞ və İsrail iki əsas hədəf müəyyənləşdirmişdi: İranın ballistik raket imkanlarının sıradan çıxarılması və nüvə proqramının zənginləşdirmə qabiliyyətinin tamamilə aradan qaldırılması. Həmin dövrdə zaman-zaman rejim dəyişikliyi məsələsi səsləndirilsə də, əsas prioritet kimi təqdim olunmurdu. Müharibə atəşkəslə bitsə də, tərəflər qarşıya qoyduqları məqsədlərə nail ola bilmədilər. Rəhmanifərin fikrincə, məhz bu səbəbdən yeni mərhələ qaçılmaz oldu.

Şərhçi qeyd etdi ki, sonrakı müzakirələrdə əvvəlki mərhələdə əldə olunmayan nəticələri təmin etmək cəhdləri göstərilsə də, bu da nəticə vermədi və proses yenidən hərbi müstəviyə keçdi:

“ABŞ prezidenti Donald Trampın ziddiyyətli bəyanatlarına baxmayaraq, İsrailin mövqeyi daha qəti və ardıcıl görünür. Hazırkı mərhələdə məsələ yalnız nüvə proqramı ilə məhdudlaşmır. Endirilən zərbələrin miqyası və istiqaməti göstərir ki, hədəf İran daxilində mövcud sistemi zəiflətməkdir. Hərbi obyektlərlə yanaşı iqtisadi mərkəzlərin də vurulması rejimi dizə gətirmək niyyətinin göstəricisi kimi qiymətləndirilir”.

“İrana endirilən hava zərbələrinə diqqət yetirdikdə görürük ki, Güney Azərbaycanın Türkiyə və İraqla sərhəddə yerləşən ərazilərində əsasən kiçik və strateji baxımdan xüsusi əhəmiyyət daşımayan nöqtələr hədəfə alınır. Bu zərbələrin məqsədi sual doğurur. Ehtimal etmək olar ki, bununla kürd qüvvələrinin həmin ərazilərdən bölgəyə keçidi üçün zəmin formalaşdırılır. Bu məsələ kifayət qədər düşündürücü və narahatedicidir”, – deyə Məhəmməd Rəhmanifər bildirdi.

O, son günlərdə beş kürd təşkilatının birləşmə elan etməsinə də diqqət çəkdi. Şərhçinin sözlərinə görə, bu təşkilatların İran daxilində Tehran rejiminə qarşı fəaliyyət planları barədə məlumatlar var. Həmçinin ABŞ-ın İraqın şimalındakı kürd rəhbərliyi ilə təmasları da qeyd olunur. Rəhmanifər bildirir ki, bu təşkilatlar arasında PKK ilə əlaqəli strukturların mövcudluğu region üçün əlavə risklər yaradır. Onun fikrincə, bu proseslər xüsusilə Güney Azərbaycan türkləri üçün təhlükə mənbəyi kimi qiymətləndirilir.

“Söhbət yalnız Tehranla mübarizədən getmir və prosesin arxasında Güney Azərbaycan əraziləri ilə bağlı planların ola biləcəyi ehtimalı da nəzərə alınmalıdır. Bu halda Azərbaycanın və Türkiyənin prosesə cəlb olunmasının qaçılmaz olacağını düşünürlər. Xüsusilə sərhəd təhlükəsizliyi və bölgədə yaşayan azərbaycanlıların taleyi məsələsi gündəmə gələ bilər. Azərbaycan bu prosesə laqeyd qala bilməz. Bu, Güney Azərbaycan üçün risklərin artması deməkdir”, – deyə Rəhmanifər əlavə etdi.

İranda mümkün hakimiyyət dəyişikliyi məsələsinə toxunan şərhçi, şahın oğlu Rza Pəhləviyə yaxın qrupların keçirdiyi sorğulara diqqət çəkdi: “Həmin sorğulara əsasən Pəhləvi əsasən fars bölgələrində dəstək qazanır, qeyri-fars ərazilərdə isə bu dəstək məhduddur. Azərbaycan bölgəsində dəstək beşdə bir səviyyəsində və ya daha azdır. Etnik bölgələrdə geniş dəstək olmadan hakimiyyət dəyişikliyi sabit nəticə verməyə bilər”.

O, həmçinin qeyd etdi ki, Pəhləvinin hakimiyyətə gəlməsi ssenarisi Azərbaycan və Türkiyə üçün mövcud dini rejimdən daha zərərli nəticələr doğura bilər. Ekspertin fikrincə, Pəhləvi və onun yaxın ətrafının azərbaycanlılara münasibəti daha aqressiv ola bilər.

Sonda şərhçi vurğuladı ki, İranda hakimiyyətin kimə keçəcəyi və proseslərin hansı istiqamətdə inkişaf edəcəyi hələlik açıq qalır. Mövcud vəziyyət isə həm İran daxilində, həm də bölgə ölkələri üçün ciddi qeyri-müəyyənlik yaradır.

Bənzər Xəbərlər

Dünya

Putindən tapşırıq: Avropaya qaz tədarükünü dayandırın!

Mart 5, 2026
Dünya

İrandakı müharibə bu aya qədər davam edə bilər

Mart 5, 2026
Dünya

Rubio açıqladı: Yaxın saatlarda İrana…

Mart 4, 2026
Dünya

İranın ən müasir sualtı qayığı məhv edildi

Mart 4, 2026
Dünya

İranda gərgin anlar – küçələrdə atəş səsləri

Mart 4, 2026
Dünya

Müharibənin ən böyük itkisi: Onlar nəhəng gəmini batırdılar

Mart 4, 2026

XƏBƏR LENTİ

İranın dron hücumundan sonra Naxçıvan aeroportundan - FOTOREPORTAJ

05 Mart, 26 / 14:19

İran dronlarından biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb

05 Mart, 26 / 14:04

Rəsmi Bakı: Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır

05 Mart, 26 / 13:50

İranın atdığı dronlardan biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb

05 Mart, 26 / 13:36

İran səfiri Azərbaycan XİN-ə çağırılıb, nota təqdim ediləcək

05 Mart, 26 / 13:22

Azərbaycan XİN: İranın Naxçıvana dron hücumu nəticəsində 2 nəfər xəsarət alıb

05 Mart, 26 / 13:08

İranın Naxçıvan aeroportuna dron hücumuna görə yaxınlıqdakı məktəblərdə tədris dayandırılıb – RƏSMİ

05 Mart, 26 / 12:55

Pensiya alanların nəzərinə

05 Mart, 26 / 12:40

SON DƏQİQƏ: İran Naxçıvan aeroportuna dron hücumu edib – ANBAAN GÖRÜNTÜLƏR

05 Mart, 26 / 12:30

İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi dəyişdi

05 Mart, 26 / 12:24
Cagdas.az

“Çağdaş” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i; 0701731092

Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə; 050-858-20-30

chagdas.az@gmail.com

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU VÖEN-i; 0701731092 Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5 Əlaqə; 050-858-20-30 chagdas.az@gmail.com
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.