Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Ölən şəxsin krediti ödənməlidirmi? – Hüquqşünasdan AÇIQLAMA

İqtisadiyyat

Son günlər sosial şəbəkələrdə vəfat etmiş şəxslərin kredit borcları ilə bağlı müzakirələr genişlənib.

Bəzi paylaşımlarda iddia edilir ki, banklar dünyasını dəyişən şəxslərin borcunu onların ailə üzvlərindən tələb edir.

Bəs belə vəziyyət yarandıqda qanunvericiliyə görə borcun ödənməsi kimə düşür?

“Cagdas.az” xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə görə, şəxs vəfat etdikdə onun şəxsi borcları (məsələn, kreditlər, kommunal borclar) həmin şəxsin mirasına düşür. Bu, vəsiyyət və ya miras hüququ ilə tənzimlənir:

“Bir şəxsin vəfatından sonra onun qalan kredit borcu miras passivi hesab olunur və bu borc yalnız mirası qəbul edən vərəsələr tərəfindən ödənməlidir. Vərəsələrin məsuliyyəti yalnız mirasın dəyəri ilə məhdudlaşır. Yəni, mirasın dəyəri qədər borc ödənə bilər; əgər vəfat etmiş şəxsin adına heç bir əmlak qalmayıbsa, vərəsələr heç bir maliyyə məsuliyyəti daşımır və bank onlardan tələb edə bilməz”.

Hüquqşünas qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulub ki, əgər kredit götürən şəxsin həyatı sığortalanıbsa, qalan borc sığorta şirkəti tərəfindən ödənilir./Milli.Az/