• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.4° Weather Columbus
$
1.7
€
2.0018
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Özəl məktəblərin illik ödənişləri – ən ucuz 2,500, ən baha 54,900 AZN

23 Dekabr, 25 / 18:01
A A

Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məlum olub.

Ən ucuz məktəblərdə ödənişlər 2,500 AZN civarında başlasa da, ən yüksək qiymət 54900 AZN-dir.

Maraqlıdır, qiymətlərin belə yüksək olmasının səbəbi nədir?

Cagdas.az xəbər verir ki, təhsil eksperti Elmin Nuri Milli.Az-a açıqlamasında bildirib ki, özəl məktəblərin yüksək təhsil haqları artıq bir neçə ildir ictimai müzakirə mövzusu olsa da, bu məsələ adətən qısa müddət gündəmdə qalır və daha sonra yenidən arxa plana keçir. Onun sözlərinə görə, real vəziyyət isə problemin həlli istiqamətində irəliləyiş deyil, əksinə, ildən-ilə qiymət artımının davam etdiyini göstərir.

Ekspert qeyd edib ki, mövzu əsasən media və təhsil subyektləri tərəfindən müzakirə olunsa da, sistemli yanaşma və davamlı mexanizmlər formalaşmır.

Elmin Nuri bildirib ki, Azərbaycanda lisenziya almış özəl məktəblərin sayı kifayət qədər azdır və onların böyük əksəriyyəti paytaxtda fəaliyyət göstərir:

“Filialların çoxluğu məktəb sayının çoxluğu demək deyil. Bir hüquqi şəxsə məxsus bir neçə filial faktiki olaraq bazarda real rəqabət yaratmır. Bu vəziyyət təhsil bazarında valideynlərin seçim imkanlarını ciddi şəkildə məhdudlaşdırır”.

Ekspertin sözlərinə görə, özəl məktəblərin sayı azaldıqca, bu təhsil müəssisələrinə olan tələbat artır:

“Minlərlə şagirdin cəmi 30-40-a yaxın özəl məktəb arasında bölüşdürülməsi qiymətlərin süni şəkildə yüksəlməsinə səbəb olur. Rəqabət mühiti zəif olduğu üçün bazar özünü tənzimləyə bilmir”.

Elmin Nuri vurğulayıb ki, özəl məktəblərin sayı əhəmiyyətli dərəcədə artsa, tələb-təklif mexanizmi qiymətlərin müəyyən qədər balanslaşmasına imkan verə bilər:

“Hazırda özəl təhsil bazarı ümumilikdə bahalıdır. İstər məktəblər, istər bağçalar, istərsə də liseylər. Amma ən ciddi qiymət artımı məhz özəl məktəblərdə müşahidə olunur”.

Təhsil eksperti qiymət artımının arxasında yalnız mənfəət amilinin dayanmadığını da qeyd edib. Onun sözlərinə görə, özəl təhsil müəssisələrinin ciddi xərcləri mövcuddur. Bu xərclərə yüksək icarə haqları, infrastruktur və texniki avadanlıq, şagirdlərin qidalanması, nəqliyyat xərcləri, müəllimlərin əməkhaqları, beynəlxalq tədris proqramları və lisenziyaların alınması, eləcə də əlavə dərnək və inkişaf proqramları daxildir:

“Özəl məktəbi və özəl liseyi olan bir neçə şəxslə şəxsən danışmışam. Onlar elə detallar deyiblər ki, adamın az qala onlara yazığı gəlib. Hətta bir dəfə bir özəl təhsil müəssisəsinin rəhbəri ilə danışanda az qala cibimdə olan az miqdarda pulu çıxarıb özünə verəcəkdim ki, “qardaş, buyur, bunu da götür bəlkə bir dərdinə bir əlac eləyərsən”.

Elmin Nuri bildirib ki, özəl məktəblərdə yalnız tam ştatla çalışan müəllimlərin maaşları nisbətən yüksək olur:

“Paralel olaraq dövlət məktəbində də çalışan müəllimlərin özəldə əldə etdiyi gəlir çox zaman cəmiyyətin düşündüyü qədər yüksək olmur”.

Ekspert əlavə edib ki, özəl məktəblər təqdim etdikləri xidmətlərə görə bir-birindən ciddi şəkildə fərqlənir:

“Bəzi özəl məktəblərdə illik təhsil haqqı təxminən 3 min manat civarındadır. Bu tip məktəblərdə adətən yemək, nəqliyyat, dərnəklər və digər əlavə imkanlar təqdim olunmur”.

Onun sözlərinə görə, daha yüksək qiymətli özəl məktəblər əsasən iki model üzrə fəaliyyət göstərir:

“Bəzi məktəblərdə bütün xidmətlər paket şəklində təqdim olunur və valideynə seçim hüququ verilmir. Digər məktəblərdə isə valideyn bəzi xidmətlərdən məsələn, yemək, nəqliyyat və ya əlavə dərnəklərdən imtina edərək təhsil haqqını müəyyən qədər azalda bilir”.

Sonda Elmin Nuri vurğulayıb ki, özəl məktəblərin əsas üstünlüklərindən biri xarici tədris proqramları və alternativ təhsil metodlarını ölkəyə gətirməsidir:

“Bu, təhsilin keyfiyyəti baxımından mühüm amildir və müəyyən məbləğin ödənilməsini qismən əsaslandıra bilər. Lakin məsələ yalnız fərdi seçim deyil, təhsil bazarının sağlam formalaşdırılmasıdır. Özəl məktəblərin sayının artırılması, rəqabətin gücləndirilməsi və şəffaf qiymət mexanizmləri tətbiq olunmadan bu problem uzun müddət aktuallığını qoruyacaq”.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə

Dekabr 23, 2025
Dünya

ABŞ kəşfiyyatı: Putin NATO üzvü olan keçmiş sovet ölkələrinin hamısını istəyir

Dekabr 23, 2025
Manşet

Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib

Dekabr 23, 2025
Cəmiyyət

Azərbaycanda bu şəxslərə 1600  manat pul VERİLƏCƏK – RƏSMİ AÇIQLAMA 

Dekabr 23, 2025
Gündəm

Dövlət Gömrük Komitəsində əməliyyat keçirildi: Tutulanlar və axtarışa verilənlər var

Dekabr 23, 2025
Cəmiyyət

Tatusu olanlara bəd xəbər

Dekabr 23, 2025

XƏBƏR LENTİ

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə

23 Dekabr, 25 / 21:16

ABŞ kəşfiyyatı: Putin NATO üzvü olan keçmiş sovet ölkələrinin hamısını istəyir

23 Dekabr, 25 / 21:08

Abşeron rayonunda şəhid ailələri və qazilər üçün bayram tədbiri keçirilib – FOTOLAR

23 Dekabr, 25 / 20:59

Rusiya 2027-də hücuma keçəcək: Baltikyanı ölkələr hədəfdə!

23 Dekabr, 25 / 20:50

Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib

23 Dekabr, 25 / 20:34

Azərbaycanda bu şəxslərə 1600  manat pul VERİLƏCƏK – RƏSMİ AÇIQLAMA 

23 Dekabr, 25 / 20:15

Ruslan Eyyubov həbs edildi

23 Dekabr, 25 / 19:57

Dövlət Gömrük Komitəsində əməliyyat keçirildi: Tutulanlar və axtarışa verilənlər var

23 Dekabr, 25 / 19:38

Bir reklamdan 4 milyon 200 min manat qazanacaq

23 Dekabr, 25 / 19:19

Tatusu olanlara bəd xəbər

23 Dekabr, 25 / 19:00
Cagdas.az

“Çağdaş” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i; 0701731092

Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə; 050-858-20-30

chagdas.az@gmail.com

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN-i; 0701731092
Domen adının sahibi; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
Məsul redaktor; XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
Ünvan; Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5
Əlaqə; 050-858-20-30
chagdas.az@gmail.com
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.