• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.7° Weather Columbus
$
1.7
€
1.9498
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Pensiyanız yenidən hesablana bilər – Qaydası belədir

30 Mart, 26 / 9:16
A A

Bu dəfə təqdim etdiyimiz mövzu əmək pensiyasının yenidən hesablanması qaydası ilə bağlıdır.

Çağdaş.Az xəbər verir ki, əvvəllər təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün tələb olunan sənədlər və onların təqdimat forması hansı qaydada həyata keçirilir?

Cavab: Xidmət üzrə tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi);

2. Ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər (əmək kitabçası, hərbi bilet və ya xidmət dövrünü təsdiq edən müvafiq arayış, əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd və s.);

Xidmət üzrə sənədlərin təqdimetmə forması:

– əsli,
– surəti,
– notarial təsdiq edilmiş surəti,
– elektron surəti

Yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxs pensiyaçı kimi 6 ildən tez işdən azad olunarsa, onun pensiya məbləği pensiya təyin edilən tarixdən işdən azad olunduğu tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında yenidən hesablanır.

Başqa sözlə desək, pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144) pensiyaçının pensiya təyin edildikdən, yaxud yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

Əlilliyə görə əmək pensiyası isə eyni formada avtomatlaşdırılmış qaydada yenidən hesablanır.

Məsələn, şəxsə 2022-ci ilin 1 fevral tarixində yaşa görə əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edir. O, 2024-cü ilin 1 fevral tarixində işdən azad olunub, yəni şəxs ona pensiya təyin olunduqdan sonra 24 ay işləyib. Bu zaman fərdi hesabının sığorta hissəsində 2022-ci il fevralın 1-dən 2024-cü il fevralın 1-dək 2300 manat pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (2300 manat) 120-ə (144-24 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı)=120) bölünməklə pensiya məbləği yenidən hesablanır.

Güzəştli əsaslarla yaşa görə pensiya alan və işləyən şəxs işdən azad olunursa, pensiya yenidən necə hesablanır?

Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxs fasiləsiz olaraq pensiyaçı kimi 6 il işlədikdə və ya 6 ildən tez işdən azad olunduqda onun pensiya məbləği sonradan işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı əsasında yenidən hesablanır.

Məsələn, şəxsə 2021-ci ilin 1 sentyabr tarixində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və işləməyə davam edir. O, 2023-cü il mayın 1-də işdən azad olunub və fərdi hesabının sığorta hissəsində sentyabrın 1-dən 2023-cü il mayın 1-dək 3100 manat pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (3100 manat) 124-ə (144-20 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) =120) bölünməklə pensiya məbləği yenidən hesablanır. ( Oxu24.com)

Bənzər Xəbərlər

Cəmiyyət

DYP tətildən qayıdan sürücülərə müraciət etdi

Mart 30, 2026
Cəmiyyət

Bu şəxslərin övladlarına 140 manat verilir

Mart 30, 2026
Cəmiyyət

QƏRAR VERİLDİ: Bu universitetlər Bakıdan çıxarılacaq – VİDEO

Mart 30, 2026
Cəmiyyət

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTOLAR

Mart 29, 2026
Cəmiyyət

Prezident SƏRƏNCAM İMZALADI

Mart 29, 2026
Cəmiyyət

Nizami rayon MKTB-yi aramsız yağışlara qarşı iş başında

Mart 29, 2026

XƏBƏR LENTİ

DYP tətildən qayıdan sürücülərə müraciət etdi

30 Mart, 26 / 11:28

İranın vurduğu təyyarə ABŞ-yə 700 milyon dollara başa gələ bilər – FOTO

30 Mart, 26 / 11:14

Paşinyan Baş nazirliyə namizəd oldu

30 Mart, 26 / 11:00

“Qarabağ”ın oyununa biletlər satışa çıxarılır

30 Mart, 26 / 10:46

Netanyahu əmr verdi: Təhlükəsizlik zonası…

30 Mart, 26 / 9:44

Bu şəxslərin övladlarına 140 manat verilir

30 Mart, 26 / 9:30

Pensiyanız yenidən hesablana bilər – Qaydası belədir

30 Mart, 26 / 9:16

QƏRAR VERİLDİ: Bu universitetlər Bakıdan çıxarılacaq – VİDEO

30 Mart, 26 / 9:01

MTRŞ-nın eks-aparat rəhbərinin villasını su apardı — FOTOLAR

29 Mart, 26 / 18:30

Prezident SƏRƏNCAM İMZALADI

29 Mart, 26 / 15:33
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.