Polşa Müdafiə Naziri Vladislav Kosinyak-Kamyş bildirib ki, ölkədə yerləşdirilmiş Patriot raket sistemləri döyüş xidmətinə başlayıb və hazırda tam döyüş hazırlığı vəziyyətindədir.
Cagdas.az-ın RMF24 radiosuna istinadən xəbərinə görə, nazir bu açıqlamanı Patriot sistemləri ilə təchiz olunmuş Polşa Ordusunun 3-cü Hava Hücumundan Müdafiə Raket Briqadasında keçirilən mərasim zamanı verib.
“Bu tarixi bir andır. Bu, Polşada inteqrasiya olunmuş, çoxqatlı hava müdafiə sisteminin qurulmasını hədəfləyən Visla proqramının əsas mərhələsini ifadə edir,” — deyə Kosinyak-Kamyş vurğulayıb.
Nazir əlavə edib ki, 2027–2029-cu illər arasında Polşa əlavə 48 Patriot buraxılış qurğusu alacaq. Bu sistemlər ABŞ-dan alınan F-35 döyüş təyyarələri ilə birlikdə vahid şəbəkədə işləyərək ölkənin hava məkanını qoruyacaq.










