Son dəqiqə
Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO
Reklam
Reklam

Prezident: Slovakiyadan minatəmizləmə üçün aldığımız xüsusi avadanlıq insan həyatını xilas etməyə imkan yaradır

Manşet

Slovakiya minalardan təmizləmədə Azərbaycana yardım edir.

“Cagdas.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bratislavada Slovakiya Prezidenti Peter Pelleqrininin adından verilən rəsmi ziyafətdə deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın Slovakiyadan aldığı xüsusi avadanlıq insan həyatını xilas etməyə, sağlamlığı qorumağa imkan yaradır.

Dövlət başçısı təəssüf hissi ilə vurğulayıb ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi bitdikdən sonra 400-dən artıq insan minalara görə öz həyatını itirib, yaxud ciddi yaralanıb.

“Sizdən aldığımız avadanlıq həqiqətən insan həyatını qoruyur”, – deyə Prezident bildirib.